ABŞ Dövlət katibi Con Kerri iqtisadi əməkdaşlıq, təhlükəsizlik və təmiz enerji kimi müxtəlif məsələləri müttəfiqlərlə müzakirə etmək məqsədilə Avropa, Asiya və Yaxın Şərq ölkələrinə səfərə başlayır.
Con Kerrinin diplomatik turunun ilk dayanacağı olan Parisdə Fransanın xarici işlər naziri Loren Fabiusla Ukraynada vəziyyəti, Ebola epideiyası, eləcə də İraq və Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə səylərini müzakirə edərək.
Parisdən sonra cümə günü Con Kerri Asiya-Sakit okeanı ölkələrinin dövlət başçılarının gələn həftə sammitindən öncə xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Pekinə yollanacaq.
Pekində olduğu müddətdə dövlət katibi Kerri ABŞ-ın təmiz enerji, kiber təhlükəsizlk və qadınların iqtisadiyyatda imkanlarının genişləndirilməsi mövzularını müzakirə edəcək.
Con Kerri Birləşmiş Ştatlar və Çin arasında münasibətləri ən ardıcılı münasibətlər kimi qiymətləndirərək, 21-ci əsrin siyasi landşaftının müəyyən edilməsində həlledici olacağını deyib.
Səfərdən öncə Vaşinqtonda Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar depratamentində mühazirə söyləyən Con Kerri Çinin İran və Şimali Koreya tərəfindən gələn nüvə təhlükərinin qarşısının alınmasında köməyini yüksək qiymətləndirərək, eyni zamanda kiber təhlükəsizliyi və intellektual müəlliflik hüquqları məsələlrində Çinə təzyiqlərin davam etdiriləcəyini deyib.