Accessibility links

ABŞ Dövlət katibi Çinin dövlət müşavirini qəbul edib


ABŞ Dövlət Depatamentinin rəsmisi bildirib ki, Dövlət katibi Con Kerri Boston şəhərindəki evində Çin hökumətinin yüksək nümayəndəsini qəbul edib.

Cənab Kerri Çinin dövlət müşaviri Yanq Yieçi ilə iki gün davam edən görüşlər zamanı qeyri-rəsmi, lakin səmimi şəkildə müxtəlif məsələlərlə əlaqədar müzakirələr aparıb.

Dövlət Departamentinin rəsmisi görüşlə bağlı verdiyi açıqlamada danışıqların əhəmiyyəti və yaxın zamanda nəticələrini qeyd edib.

Boston danışıqları gələn ay Pekində keçiriləcək Asiya-Sakit Okean summitidən öncə ABŞ və Çin arasında əlaqələrin yaxşılaşdırılması məqsədi daşıyır.

ABŞ prezidenti Barak Obama və Çin prezidenti Si Tsinpinin sammitdən sonra görüşü nəzərdə tutulur.

XS
SM
MD
LG