ABŞ dövlət katibi bildirib ki, Əfqanistanda siyasi qüvvələr arasında hakimiyyətin paylaşması və siyasi keçidin müfəffəqiyyətlə başa çatması ölkə üçün dönüş nöqtəsi ola bilər.
Con Kerri prezident seçkilərindən sonra iki namizədin razılığa gələrək milli birlik hökumətinin təşkilində böyük rol oynayıb.
Keçən ayın sonunda Əşrəf Qani prezident kimi and içib. Abdulla Abdulla isə baş nazir vəzifəsinə uyğun gələn baş icraçı vəzifəsinə təyin olunub.
Kerri həmçinin sabiq prezident Karzayın ölkəsi üçün çox ağıllı və bacarıqlı rəhbər olduğunu deyib. O bildirib ki, cənab Karzay çox vaxt ABŞ-la eyni fikirdə olmasına baxmayaraq, hökumətin sülh çərçivəsində yeni hökumətə təhvil verməyə nail olub. Kerri bunu Əfqanistan tarixində mühüm addım kimi qiymətləndirib.