O Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu bildirib

Bu ilin may-noyabr aylarında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə Dağlıq Qarabağ münaqişənin həlli üçün prioritetlərin müəyyən edilməsi üçün yaxşı fürsət yaranacaq.
Amerikanın Səsinin Strasburqdakı müxbirinin məlumatına görə, bu barədə yanvarın 27-də AŞPA-nın qış sessiyasının açılışından əvvəl keçirilən mətbuat konfransında assambleyanın sədri Jan-Klod Minyon bildirib.
Bununla belə, Minyon Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu bildirib.
Bu zaman o, ATƏT-in Minsk qrupunun səylərinə dəstək ifadə edib.
Minyon həmçinin Ermənistanı və Azərbaycanı 50 il əvvəl iki ölkənin düşmənliyinə son qoyan və onları müttəfiqə çevirən Yelisey müqaviləsini imzalayan Almaniya və Fransanı nümunə götürməyə çağırıb.
Bununla belə, Minyon qeyd edib ki, Avropa Şurasnın baş katibi seçilərsə, Qarabağ tənzimlənməsi onun prioritetlərindən biri olacaq.
Eyni zamanda, Minyon bu qədər çox sayda siyasi məhbusu olduğu halda, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edə biləcəyi ilə bağlı suala qeyri-müəyyən cavab verib.
“Bu suala bir neçə dəqiqə ərzində cavab vermək mümkün deyil”, deyən Minyon əlavə edib ki, Azərbaycan AŞ qarşısında öhdəliklər götürüb və onları yerinə yetirməlidir.