Üç mədəni fəal Təbriz zindanından ETTELAAT-a gönərilib

  • Insafəli Hidayət

Üç mədəni fəal Təbriz zindanından ETTELAAT-a gönərilib

“Çeşməndaz” saytı yazır ki, Urmiyə Gölünün quruması hadisələri ilə əlaqədar tutulan 110 azərbaycanlı Təbriz şəhərindəki həbsxananın karantin bölümündə saxlanılır. Karantin bölümü isə çox kiçikdir və bu qədər insanın orada saxlanması fiziki işgəncədir. Yerli mənbələr bildirir ki, karantin bölümündə siyasi və mədəni fəallar çətin şəraitdə saxlanılır və məmurlar onlarla pis davranır.

Üç azərbaycanlı siyasi və mədəni fəal Təbrizin mərkəzi zindanından yenidən ETTELAAT-a qaytarılıb. Bu barədə İrandakı insan haqları təşkilatlarının saytlarında məlumatlar yayılıb.

HRANA (İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi) ETTELAAT-a qaytarılan fəalların Qadir Novruzi, Vahid Əlimuradi və Fəraz Məhdəvin olduğunu bildirib. Bu mədəni fəallar Təbriz zindanında ETTELAAT və zindan məmurları tərəfindən ağır şəkildə döyülüb.

“Çeşməndaz” saytı yazır ki, Urmiyə Gölünün quruması hadisələri ilə əlaqədar tutulan 110 azərbaycanlı Təbriz şəhərindəki həbsxananın karantin bölümündə saxlanılır. Karantin bölümü isə çox kiçikdir və bu qədər insanın orada saxlanması fiziki işgəncədir. Yerli mənbələr bildirir ki, karantin bölümündə siyasi və mədəni fəallar çətin şəraitdə saxlanılır və məmurlar onlarla pis davranır.

Xəbərdə deyilir ki, bu 3 mədəni fəal məhz, məmurların işgəncələrinə etiraz etdikdən sonra ETTELAAT-a aparılıb.

Qeyd edək ki, bu, 3 mədəni fəal digər 27 nəfərlə birgə Ramazan ayında Təbrizdə Mustafa Əvəzpurun evində iftar süfrəsi arxasında tutulublar. Onlardan bir qrupu ETTELAAT-da 20 gün aclıq aksiyası keçirib. Aksiya iştirakçılarından bir neçəsi mədə qanaxması səbəbindən Təbrizin Mərkəzi Zindanının xəstəxanasına yerləşdirilib.

İftar gecəsi tutulan 30 nəfərin bir hissəsi artıq mühakimə olunub və hər biri 2 il müddətinə həbsə məhkum edilib.