İranda Suriya konfransı keçiriləcək

Azərbaycan və İran bayraqları

Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışıb
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran xarici işlər naziri Əli Əkbər Salehi arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, söhbət zamanı Azərbaycanla İran arasında ikitərəfli münasibətlər, regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

İranın xarici işlər naziri yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlmək istədiyini ifadə edib.

Əli Əkbər Salehi mayın 29-da Tehranda İranın təşəbbüsü ilə Suriyaya dair beynəlxalq konfrans keçiriləcəyini bildirib və Azərbaycan xarici işlər nazirini bu konfransda iştiraka dəvət edib.