Son bir ayda İranda onlarla jurnalist həbs edilib, 4 nəfərin ölkədən qaçdığı bildirilir
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) bəyanat yayıb.
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, “Böyük Britaniyanın kəşfiyyat orqanı Mİ 6-nın psixoloji silahı olan BBC teleradiosu ilə əməkdaşlıq edən” daha bir neçə nəfər istintaqa çağırılaraq sorğu-suala tutulub və ifadələri alınıb.
Bəyanatda həmçinin 30 yanvar və 5 fevralda BBC teleradiosu ilə əməkdaşlıq edən bir neçə nəfərin həbs edildiyi və istintaqa çağırılanlara bu teleradionun pis və gizli əməlləri haqqında məlumat verildiyi qeyd olunur. Bundan əlavə, bəyanatda istintaqa çağırılanlar və həbs siyahısında adı keçən 4 nəfərin qaçdığı, bunlardan birinin qeyri-qanuni yolla İranı tərk etdiyi vurğulanır.
Sənəddə həmçinin “bir neçə əksinqilabçı radio, televiziya, internet saytı və 2009-cu il iğtişaşları zamanı ölkəni tərk etmiş şəxslər Böyük Britaniyanın kəşfiyyat orqanı Mİ 6-nın psixoloji silahı olan BBC teleradiosu tərəfindən idarə olunur” ifadəsinə yer verilib.
Qeyd edək ki, ETTELAAT əməkdaşlarının yanvarın 26-da keçirdiyi əməliyyat nəticəsində “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və İLNA xəbər agentliyi və digər kütləvi informasiya vasitələrinin onlarla jurnalisti həbs edilib. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq kompüterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Həbs edilmiş jurnalistlər xaricdə fəaliyyət göstərən əksinqilabçı mövqeli farsdilli media ilə əməkdaşlıqda təqsirləndirilir.
Bundan əlavə, İlam şəhərinin “Verba”, “Kuşək” və “Nəcva” adlı qəzet və dərgilərində çalışan jurnalistlərin həbsi barədə də məlumat yayılıb. Tutulan jurnalistlərdən Mütəhhirə Şəfiyi iki gün saxlanıldıqdan sonra zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Eyni zamanda, “Etimad” qəzetinin baş redaktoru Cavad Dəliri də fevralın 18-də 100 milyon tümən zəmanətlə günortadan sonra azadlığa buraxılıb.