İranda farsdilli xarici media təşkilatları ilə əməkdaşlıqda ittiham edilən onlarla jurnalist həbs edilib. Bu, azad mətbuata qarşı basqıların tərkib hissəsidir.
Bu gün İran mediasının bildirdiyinə görə, beşi gündəlik qəzetlər və yarı-rəsmi İLNA xəbər agentliyi olmaqla, altı müxtəlif təşkilatdan jurnalistlər həbs edilib. Məlumatda həbs edilən jurnalistlərin vaxtaşırı Tehranın dili ilə deyilsə, inqilaba qarşı xarici media ilə əlaqəsi olduğu deyilir.
İranın Mədəniyyət Nazirliyi ittihamların ölkənin media fəaliyyəti ilə əlaqəsinin olmadığınmı bildirib. Jurnalistlərin çoxu sabiq prezident, müxalifət lideri Əkbər Haşimi Rəfsəncaninin keçirdiyi görüşdə iştirak etdikdən bir gün sonra həbs edilib.
İran “Amerikanın səsi” və BBC də daxil edilməklə,dəfələrlə beynəlxalq media əleyhinə çıxışlar edib.
“Amerikanın səsi”nə nəzarət edən Yayım Şurası İranda jurnalistlərə qarşı təhdidlər, onların ailə üzvlərinə təzyiqlər, İnternet, radio və televiziya senzurasını pisləyən bəyanatala çıxış edib.
İran Jurnalistlərin Müdafiəsi Komitəsinin dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr siyahısında yer alır.