BMT-nin nüvə agentliyinin başçısı Yukiya Amano İranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar aparmaq məqsədilə bazar günü Tehrana səfər edəcək.
Beynəlxalq Atom Enerjisi agentliyi İrana gözlənilməz səfərlə bağl bu gün Vyanada bəyanat verib. Bəyanatda deyilir ki, agentliyinin baş direktoru Yukiya Amano qarşılıqlı maraq doğuran məsələləri İran rəsmilərilə müzakirə edəcək.
Qərb diplomatları bu həftə Beynəlxalq Atom Enerjisi agentliyi və Tehran hökumətinin İranın nüvə silahları istehsalı sahəsində fəaliyyətlərinin agentlik tərəfindən təhqiq edilməsinə imkan yaradacaq razılığın əldə edilməsi istiqamətində inkişafa nail olduğunu bildirmişdi.
Beynəlxalq Atom Enerjisi agentliyinin direktorunun Tehran danışıqları İran və dünya qüdrətləri arasında Bağqdadda keçiriləcək görüşdən iki gün əvvəl aparılacaq.
Dünyanın beş qüdrətli dövləti üstəgəl Almaniya formatında keçiriləcək danışıqların məqsədi İranın nüvə obyektlərinin hərbi qabiliyyətini müəyyən etməkdən ibarətdir.