Accessibility links

BMT nüvə agentliyinin rəhbəri İranla razılıq əldə edəcəyinə ümid bəsləyir


BMT nüvə agentliyinin ekspertlərinin bildirdiyinə görə, yaxın zamanda İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılıq imzalaya bilər. Agentliyin başçısı Yukio Amano bu gün bu məsələ ilə bağlı hələ də bəzi firkir ayrılıqlarının mövcüd olduğunu deyib. İrandan yenicə qayıtmış cənab Amano Tehranda İranın nüvə məsələləri üzrə müzakirəçisi Səid Cəlili və İranın Nüvə Enerjisi Təşkilatının başçısı Firudin Abbasi-Davani ilə görüşüb. Bu, cənab Amanonun 2009-cu ildə BMT-nin Atom Enerji Agentliyinə rəhbər təyin edilməsindən bəri İrana ilk səfəri idi. Agentlik rəhbəri İranın nüvə silahı istehsalı ilə bağlı mübahisəli məsələ barədə müzakirələr aparmaq istəyirdi.

XS
SM
MD
LG