Şimali Koreya xəbərdarlıq edir

  • Amerikanın səsi

Şimali Koreya hökuməti xəbərdarlıq edir ki, ABŞ-dan gələn diplomatik təzyiqlərə cavab olaraq o, nüvə proqramını davam etdirəcək.

Rəsmi medianın açıqladığı məlumata əsasən Şimali Koreyanın xarici işlər nazirliyi Vaşinqtonun düşmən siyasəti qarşısında çəkindirici nüvə qabiliyyətini artıracağını bildirib. Lakin bəyanatda çoxlarının ehtiyat etdiyi nüvə sınağına dair heç nə deyilmir.

Pxenyanın son açıqlaması Böyük Səkkizlərin Şimali Koreyanın regional təhlükəsizliyə hədə törədəcəyi təqdirdə yeni sanksiyalarla üzləşəcəyini deməsindən sonraya təsadüf edir.