Bu gün keçirilən mətbuat konfransında hər iki siyasi fəalın həbsini sifariş adlandırıblar
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və REAL Hərəkatının lideri İlqar Məmmədovun həbsi siyasi sifarişdir və hüquqi baxımdan tamamilə əsassızdır. Bu barədə bu gün Müsavat Partiyasının ofisində keçirilən mətbuat konfransının iştirakçıları bildirib.
Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı deyib ki, T.Yaqublu və İ.Məmmədov İsmayıllı iğtişaşlarında iştirak edə bilməzdilər. Ora hadisələr başlayandan sonra gediblər və qanunazidd hərəkətlərdə iştirak etməyiblər.
Xalq Partiyasının lideri Pənah Hüseyn, Şərq-Qərb Mərkəzinin rəhbəri Ərəstun Oruclu, REAL hərəkatının üzvü Azər Qasımov və Müsavat Məclisinin rəhbəri Arzu Səmədbəyli qeyd ediblər ki, istintaqda irəli sürülmüş ittihamlarla – iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək - bağlı heç bir sübut yoxdur.
Həmçinin qeyd olunub ki, yaxın zamanlarda həbs olunanların hüquqlarını Müdafiə Komitəsi yaradılacaq ümummilli mitinq də daxil olmaqla, etiraz aksiyasının keçirilməsi qərara alınıb. Çərşənbə günü İctimai Palatanın xüsusi iclası bu məsələyə həsr olunacaq.
Həbs edilmiş T.Yaqublunun qızı Nərgiz bildirib ki, atasının, bundan əvvəl bacısı Nigarın həbsi ailənin iradəsini sındıra bilməz və haqq-ədalət uğrunda mübarizə davam edəcək. “Bizim ailəmiz sonadək mübarizə aparacaq, sən bizi sındıra bilməzsən”, - o, İ.Əliyevə müraciət edib.
REAL (“Respublika alternativi”) rəhbəri İlqar Məmmədov payızda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olacaq. Bunu qurumun icraçı katibi Natiq Cəfərli bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında deyib.
REAL İ.Məmmədovun həbsdən azad edilməsinə nail olmaq və onun təşviqat kampaniyasına başlamaq niyyətindədir.
REAL Məclisinin sədri Erkin Qədirli bildirib ki, T.Yaqublunun və İ.Məmmədovun həbsi müxalifətçilərin əvvəlki həbslərindən fərqlənmir, çünki repressiyanın bir hissəsidir.
“Əhalinin etiraz aksiyalarının boğulması zorakılıqla müşayiət olunur, lakin vətəndaşlar bundan qorxmamalıdır. Buna görə də Yaqublunun və Məmmədovun həbsi öz əhəmiyyətini itirir və heç kimi qorxutmur”, - o bildirib.
Yaxın vaxtlarda REAL öz seçkiqabağı platformasını elan edəcək və AŞ, ATƏT, Aİ, Avropa parlamentini Azərbaycanda siyasi oyunlarda iştirak etməməyə, seçkiləri alver predmetinə çevirməməyə çağırıb.
O bildirib ki, REAL İ.Məmmədovun prezidentliyə namizədliyini irəli sürəcək.
Bu ictimai təşkilatın başqa bir üzvü Altay Göyüşov qeyd edib ki, İ.Məmmədovun həbsi gözlənilən idi. “Biz bu proseslərdən qorxmuruq və indiki şəraitdə tədbirlər planı tezliklə açıqlanacaq”, - o bildirib.
Ekspert Zöhrab İsmayılın sözlərinə görə, İ.Məmmədovun və T.Yaqublunun həbsində məqsəd ictimaiyyətin diqqətini İsmayıllı hadisələrindən yayındırmaqdır. “Biz siyasi məhbuslar və vicdan məhbusları məsələsi ilə bağlı ciddi etiraz aksiyalarına hazırlaşırıq”, - Z.İsmayıl bildirib.
Müsavat Partiyasının nümayəndəsi Tural Abbaslı və Ümid Partiyasının təmsilçisi Ənvər Ağazadə həbs olunanların azad edilməsi və birgə etiraz aksiyalarının keçirilməsi məsələsində səylərin birləşdirilməsini vacib sayır. Onlar son etiraz aksiyaları zamanı hakimiyyətin aqressivliyini pisləyiblər. Söhbət rezin güllələrdən, gözyaşardıcı qazdan istifadədən gedir.
İ.Məmmədovun hüquqlarını müdafiə edən vəkil Xalid Bağırovun fikrincə, onun həbsi tamamilə əsassızdır. “İstintaq hesab edir ki, İ.Məmmədov gizlənə bilər və ya şahidlərə təzyiq göstərə bilər. Bu, tamamilə cəfəngiyyatdır”, - o vurğulayıb.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət Azərbaycanda Suriya yaratmaq istəyir, qarşıdurmaya və dağıdıcı proseslərə gedir.