Respublika Prokurorluğu İlqar Məmmədova, Tofiq Yaqubluya və digər iki nəfərə ittiham irəli sürüldüyünü bildirib. İctimai Palata həbsi repressiya tədbiri sayır
İsmayıllı hadisələri ilə bağlı daha dörd nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA agentliyinə bildirib ki, qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisəsləri ilə bağlı yaydığı məlumata görə, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisə ilə əlaqədar yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.
Öz növbəsində İctimai Palata (İP) Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun və ölkənin vətəndaş cəmiyyətinin tanınmış xadimlərindən biri, “Real” vətəndaş hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittihamlandırılaraq həbs olunmasını vəziyyətə nəzarəti itirməkdən vahimələnmiş İlham Əliyev iqtidarının növbəti siyasi repressiya tədbiri kimi qiymətləndirir.
“İsmayıllı əhalisinin məmur oliqarx əsarətinə, zülmə, ədalətsizliyə qarşı haqlı etirazına qulaq asmaq, bu etiraza səbəb olmuş məsələləri həll etmək, harınlamış məmurları cəzalandırmaq, insanlarla dialoq aparmaq əvəzinə ismayıllıları, jurnalistləri, vətəndaş cəmiyyəti və siyasi partiya liderlərini həbs etməsi göstərir ki, iqtidar hələ də reallıq hissindən uzaqdır və repressiya vasitəsi ilə hakimiyyətdə qalmaq kimi ağılsız, fəlakətli kursu davam etdirəcəkdir”, deyə İctimai Palatanın bəyanatında deyilir.
İP Koordinasiya Şurası bəyan edir ki, Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsinə sıradan bir repressiya aktı kimi baxmır və bunu hakimiyyətin bütün müxalifətə və demokratik düşərgəyə, hüquqa və qanunlara meydan oxuma addımı kimi qəbul edir və bundan lazımi nəticələr çıxaracaqdır.
“Açıq - aydın görünür ki, son dövrdə korrupsiya və siyasi qalmaqallarla sarsılan iqtidar dairələri özlərini xilas etmək üçün gərginlik və qarşıdurma xəttini reallaşdırmaqdadırlar”.
İP Koordinasiya Şurası bu üsulla xalqın azadlıq hərəkatının qarşısının alması cəhdlərinin əbəs olduğunu qeyd edərək, bu bədnam hadisəni pisləyir, Tofiq Yaqublunun və İlqar Məmmədovun dərhal azad olunmasını tələb edir.
Digər ictimai-siyasi xadimlərin həbslərə münasibətinə isə Amerinaın Səsinin video reportajında baxın.
İlqar Məmmədov məhkəməyə aparılarkən Amerikanın Səsinə qısa müsahibə verib.
“Saxta siyasi işdir”, o qeyd edib.