İranda tanınmış azərbaycanlı yazar həbs olunub

Həbs

Həbsin səbəbləri bilinmir
İranda tanınmış azərbaycanlı fəal İlqar Müəzzinzadə mayın 8-də Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib.

APA agentliyinin məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən o da həbs olunub.

Hər iki qardaş hazırda ETTELAAT-ın Ərdəbil şöbəsində saxlanılır. Yazar və şair kimi tanınan İ. Müəzzinzadənin həbs səbəbi hələlik açıqlanmayıb.