Accessibility links

Təbriz zindanında saxlanılan milli fəalların sayı artıb



İranda Azərbaycan veb səhifələri son zamanlar Təbriz zindanında saxlanılan fəalların sayının kəskin artdığı haqda xəbər veriblər.

Ötən həftə ərzində 10 nəfərdən artıq milli fəalın mühakimə edildikdən sonra ETTELAAT həbsxanalarından Təbriz zindanına göndərildiyi bildirilib.

Xəbər saytları son bir ayda Təbriz zindanına göndərilən fəallardan din xadimi Əbdüləziz Əzimi-Qədim, Yeni GAMOH təşkilatının üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni və Şəhram Radmehr, mili fəallar Əli Sirnak, Əli Xəndan, Məhəmməd Xətibi, Salar Turi və Məhəmməd Əmirinin adlarını qeyd ediblər. Onların məhkəmədə hansı ittihamlarla günahlandırıldıqları ilə bağlı dəqiq məlumat yayılmayıb.

“İranda siyası məhbuslar haqda informasiya yayanlar təhlükəsizlik orqanları tərəfindən təqib olunur və məhbusların ailələri bu haqda müsahibə verməmək üçün təhdid və hədə-qorxuya məruz qalırlar”- deyə yazan insan haqları qrupları Azərbaycan şəhərlərinin zindanlarında saxlanılan və ETTELAAT məmurları tərəfindən tutulan bütün fəalların adlarını dəqiqləşdirməyin mümkün olmadığını bildirirlər.
XS
SM
MD
LG