Onun həbsindən 180 gün keçir
Avqustun 4-də REAL Hərəkatının bir qrup fəalı və tərəfdarı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları REAL-ın sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Ilqar Məmmədovun həbsinə etiraz olaraq onun şəkli əks olunmuş köynəklər geyərək paytaxt küçələrində gəzinti keçirib.
Hərəkatın icraçı katibi Natiq Cəfərli bildirib ki, avqustun 4-də İlqar Məmmədovun siyasi sifarişlə, absurd iddialarla həbs olunmasından 6 ay keçir. Hərəkatın fəalları, gənc üzvlərimiz İlqarın şəkli olan futbolkalarla şəhərdə gəzinti təşkil etdi. Əvvəlcədən bilərəkdən ictimai məlumat yaymadıq, ancaq qapalı qrupda yazışaraq və telefon vasitəsi ilə əlaqə saxlayırdıq. Son görüş yeri Sahil Bağı olmalı idi. Məlumat verdilər ki, Sahil bağında artıq 2 avtobus və 7 polis maşını növbə çəkir. Deməli, yazışmaları və ya telefonları kontrolda saxlayırlar. Son anda başqa bir məkanda toplaşdıq.
Var olun, dostlar! Cümhuriyyətçilər təslim olmurlar! Namizədimiz İlqar Məmmədovdur!", 0 qeyd edib.
Avqustun 7-də Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri, 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş İlqar Məmmədovla bağlı mətbuat konfransı keçirəcək.
İlqar Məmmədova Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan 233.1-ci maddə üzrə irəli sürülən ittihama xitam verilib, əvəzində 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi, əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə cinayət içi başlayıb.
İlqar Məmmədov fevralın 4-də həbs olunub. O ittihamı siyasi sifariş adlandırıb. O beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb. Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı vaxtından əvvəl kommunikasiyaya başlayıb. İyulun 18-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin suallarını cavablandırıb
Vəkil Fuad Ağayev Avropa Məhkəməsinin İlqar Məmmədovun şikayəti ilə bağlı vaxtından qabaq qərar qəbul edəcəyinə ümid edir.