Aprelin 18-də Respublikaçı Alternativ (REAL) Hərəkatının ofisində ABŞ Dövlət Katibinin müşaviri Tomas Melia ilə prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etmiş, həbsdə olan İlqar Məmmədovun ailə üzvləri və hərəkatın icra katibi Natiq Cəfərli ilə görüşü olub.
REAL Hərəkatının Facebook səhifəsinin məlumatına görə, görüşdə T.Melia İlqar Məmmədovla bağlı qayğılarını dilə gətirib, onun vəziyyəti, istintaqın gedişi ilə bağlı suallar verib, öz dəstəyini bildirib.
Natiq Cəfərli isə ölkədə siyasi fəaliyyətinə görə həbs olunmuş digər insanların vəziyyəti ilə bağlı ABŞ Dövlət Katibinin müşavirinə məlumat verib.
Yerli medianın yazdığına görə, Tomas Melia səfərindən öncə həbsxanada İlqar Məmmədovla görüşməyə icazə almaq üçün Azərbaycan hökumətinə sorğu göndərib. Amma hökumət ona cavab verməyib.
REAL hərəkatının rəhbəri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
Məhkəmə İ.Məmmədov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İlqar Məmmədov prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib. O həbsini siyasi sifariş adlandırıb.