REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun və Prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev Amerikanın Səsi radiosuna müsahibəsində müdafiə etdiyi şəxslərin hüquqlarının pozulduğunu bildirib.
Onun sözlərinə görə, REAL Hərəkatının lideri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsi yaxın zamanda qərar qəbul edə bilər.
Rüstəm İbrahimbəyov barəsində cinayət işi qaldırılmayıb və həbsi üçün hər hansı hüquqi səbəb yoxdur.
Akif Muradverdiyev barəsində Avropa Məhkəməsinin qərarı yerinə yetirilməyib və o yenidən sifarişlə həbs edilib.
Sual: İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi kommunikasiyaya başlayıb və Azərbaycan hökumətinə sorğu göndərilib. Sorğuya cavab verilibmi?
Cavab: Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə suallarına cavab üçün iyunun 18-dək vaxt təklif etmişdi. Düz iyunun 18-də Azərbaycan hökuməti cavabını Avropa Məhkəməsinə göndərib. Məhkəmənin reqlamentinə uyğun olaraq hökumətin cavabının bir nüsxəsini iyunun 26-da şikayətçi tərəfə göndərib.
Lakin, iyulun 8-də Avropa Məhkəməsinin mülahizələrini və digər sənədləri bizə göndərilmədiyini gördükdə, biz yenidən Avropa Məhkəməsinə müraciət etdik. Məhkəmədən cavab aldıq ki, sənədlər iyunun 26-da göndərilib. Çox təəccübləndik. Baş Poçtamt, yerli poçt şöbəsi ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, məhkəmənin sənədləri iyulun 5-də Bakıda olub. Bildirdilər ki, poçtalyonun təqsiri üzündən sənədlər vaxtında çatdırılmayıb. İyulun 16-da axşam poçt sənədləri bizə təqdim etdi.
Sual: Avropa Məhkəməsi İlqar Məmmədovun işinə nə vaxt baxa bilər?
Cavab: Hazırda hökumətin mülahizələri ilə bağlı şərhlərimizi hazırlayırıq və yaxın vaxtda Avropa Məhkəməsinə təqdim edəcəyik. Məhkəmənin nə vaxt qərar qəbul edəcəyi ilə bağlı dəqiq tarix göstərə bilmərəm. Amma, hesab edirəm ki, çox vaxt aparmayacaq.
Nəzərə alsaq ki, şikayət fevralın sonlarında verilmişdi və aprelin 8-də artıq ona prioritet müəyyən olunub hökumətə ünvanlanmışdı. Belə demək olar ki, qısa müddətdə qərar çıxması gözlənilir.
Sual: İlqar Məmmədovun Avropa Məhkəməsinə şikayətinin məzmununu nə təşkil edir?
Cavab: Şikayətdə İlqar Məmmədovun qanunsuz olaraq tutulması, məhkəmə qərarı olmadan haradasa 8 saat Ağır Cinayətlərə dair İstintaq idarəsində (Baş Prokurorluğun - T.F) saxlanması, məhkəməyə polis nəzarəti altında aparılması, qanunsuz azadlıqdan məhrum edilməsi əksini tapıb.
Eyni ilə əsassız olaraq onun barəsində həbs qəti imkan tədbiri seçilməsi Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququ) pozulmasıdır. Onun barəsində təqsirsizlik hüququ prezumpsiyasının pozulması (konvensiyasının 6-cı maddəsinin ikinci hissəsi), səmərəli hüquqi müdafiə vasitələrinin olmaması (13-cü maddə), siyasi motivlərə görə ayrı-seçkiliyə yol verilməsi (14-cü maddə) və konvensiyanın 18-ci maddəsinin (tətbiq edilən qanun pozuntularının konvensiyadan irəli gəlməməsi) barədə şikayət vermişik.
Sual: Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı cinayət işi nə yerdədir? Çünki, onun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı ilə bağlı cinayət işi mövcuddur.
Cavab: Rüstəm İbrahimbəyova qarşı heç bir cinayət işi və heç bir ittiham yoxdur. Bunun üçün əsas da yoxdur.
O ki qaldı Kinematoqrafçılar İttifaqına, burada vergi yoxlaması aparılıb. Yoxlama zamanı cinayət xarakterli əməl ümumiyyətlə ortaya çıxmayıb.
Rüstəm İbrahimbəyovun adı keçən və yaxud təsisçisi olduğu şirkətlərdə qərəzli vergi yoxlamaları aparılıb və bu yoxlamalarla bağlı tamamilə əsassız, özü də vergidən yayınma ittihamı ilə yox, mənimsəmə ittihamı üzrə başqa şəxs məsuliyyətə cəlb edilib.
Nəinki Rüstəm müəllimin həmin iş üzrə cəlb edilməsi, artıq cəlb edilmiş şəxslərə də ittiham verilməsi tamamilə qanunsuzdur.
Sual: Amma, Rüstəm İbrahimbəyov Azərbaycana gələrsə
həbs ediləcək deyə siyasi bəyanatlar yayılır. Xüsusilə də iqtidar partiyasının rəsmiləri və dövlət rəsmiləri də buna yaxın bəyanatlarla çıxış edirlər. R.İbrahimbəyov isə elan edib ki, iyulun 31-də Bakıya gələcək. Onun həbsi üçün imkanlar var, ya yox?
Cavab: Fikrimcə bu bəyanatlar məqsədli xarakter daşıyır. Rüstəm müəllimin Azərbaycana qayıdışını əngəlləmək, onu bu fikirdən daşındırmaq məqsədi güdür.
Sual: Rüstəm İbrahimbəyovu belə bəyanatlarla fikrindən
daşındırmaq mümkündürmü? Siz onun vəkilisiniz və uzun müddət bir yerdə işləyibsiniz.
Cavab: Bu mümkünsüzdür. Rüstəm müəllim kifayət qədər ağıllı, düşüncəli, ən başlıcası möhkəm adamdır.
Sual: Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaq mümkündürmü?
Cavab: Əgər biz konstitusiyanı və qüvvədə olan qanunvericiliyi rəhbər tutacağıqsa bu mümkünsüzdür.
Sual: Niyə mümkünsüzdür?
Cavab: Ona görə ki, Rüstəm müəllimin Rusiya vətəndaşlığından imtinası bu yaxında gerçəkləşəcək. Başqa tərəfdən onun digər dövlətlər qarşısında öhdəlikləri yoxdur. Halbuki bəzi iddialı namizədlərin belə öhdəliklərinin olmaması məsələsi şübhə altındadır.
Bu səbəblərdən Rüstəm müəllim Azərbaycanda daimi yaşayış yeri olan, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəliyi olmayan bir vətəndaş kimi, nəhayət əhəmiyyətli siyasi qüvvələr birliyinin vahid namizədi kimi əlbəttə seçkilərdə iştirak etməlidir. Onun namizədliyinin qeydə alınmaması ilə iqtidar faktiki olaraq etiraf edəcək ki, Rüstəm müəllimə məğlubiyyətə uğramasından qorxur.
Sual: Akif Muradverdiyevin həbsi ilə bağlı nə deyə bilərsiniz? Onun səhhəti necədir, həbsinin motivləri nədir?
Cavab: Akif müəllim Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə (qaçaqlmalçılıq) təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun həbsi hesab edirəm ki, siyasi motivlidir. Həbs üçün heç bir əsas yoxdur.
İddia edilir ki, o guya Çar Rusiyasının 40 ədəd qızıl onluqlarını Azərbaycandan kənara çıxarmaq istəyib. Bununla bağlı istintaqda verdiyimiz vəsatətlər barədə danışmaq istəmirəm. Vaxtı yetişəndə bu barədə danışacağıq.
Ancaq, bir faktı nəzərə almaq lazımdır. Əgər, mütəxəssislərlə məsləhətləşsəniz görərsiniz ki, həmin o qızıl onluqlar Azərbaycanda Rusiyadan qat-qat bahadır. Qızılları hədiyyə etmək və ya pula çevirmək istəyən insan onu Bakıda edərdi. Qızılları burada satıb daha çox pul əldə etmiş olardı, və ya həmin pula hədiyyə üçün Rusiyadan daha çox qızıl alardı.
Başqa məsələlər də var. Avropa İnsan Hüquqları Məhkəməsinin Akif müəllimlə bağlı bir neçə il bundan qabaq artıq bir qərarı var.
Ramiz Rizayevin rəhbərlik etdiyi Ali Məhkəmədə plenum səviyyəsində həmin qərarı əsas götürərək Azərbaycan məhkəmələrinin bundan qabaq Akif müəllim barədə 1 il 8 gün həbs qətimkan tədbirləri barədə qərarları ləğv etməli idi.
Amma, indiyənədək ləğv edilməyib. Sual olunur? Nə vaxta qədər Azərbaycan Respublikası Ali Məhkəməsi, onun sədri Ramiz Rizayev başda olmaqla Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq hüquqi öhdəlikləri pozacaq.
Bundan başqa, biz bir neçə il bundan qabaq Akif müəllim barəsində aparılmış məhkəmələrlə bağlı digər müraciət də etmişik. Həmin müraciətə də fikirləşirəm ki, yaxın müddətdə baxılmalıdır. Belə bir şəraitdə Akif müəllimin yenidən həbs edilməsi çox böyük şübhə doğurur, özü də Milli Təhlükəsizlik Nazirliyinin dırnaqarası tanınmış Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbsi, əlbəttə çox suallar doğurur. Əlbəttə çox suallar doğurur və doğuracaq da.
Sual: Akif Muradverdiyevin həbsinin real səbəbi nədir?
Cavab: Siz həbsin əsl səbəbini əməliyyatı həyata keçirənlərdən soruşun. Bəlkə səmimi cavab verərlər.
Sual: Həbsdə siyasi motiv varmı?
Cavab: Hesab edirəm ki, var.
Sual: Nə ilə bağlıdır?
Cavab: Burada müəyyən elektoral qrupların fəallaşması, o cümlədən regional baxımdan. Ola bilər ki, bu hal nəzərə alınıb.
Sual: Səhhəti necədir?
Cavab: Akif müəllim əvvəllər də bir sıra xroniki xəstəliklərdən əziyyət çəkirdi. Əlbəttə onun həbs edilməsi və hazırda zindanda saxlanılması səhhətinə müsbət təsir göstərmir.
Onun sözlərinə görə, REAL Hərəkatının lideri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsi yaxın zamanda qərar qəbul edə bilər.
Rüstəm İbrahimbəyov barəsində cinayət işi qaldırılmayıb və həbsi üçün hər hansı hüquqi səbəb yoxdur.
Akif Muradverdiyev barəsində Avropa Məhkəməsinin qərarı yerinə yetirilməyib və o yenidən sifarişlə həbs edilib.
Sual: İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi kommunikasiyaya başlayıb və Azərbaycan hökumətinə sorğu göndərilib. Sorğuya cavab verilibmi?
İyulun 16-da axşam poçt sənədləri bizə təqdim etdi.
Lakin, iyulun 8-də Avropa Məhkəməsinin mülahizələrini və digər sənədləri bizə göndərilmədiyini gördükdə, biz yenidən Avropa Məhkəməsinə müraciət etdik. Məhkəmədən cavab aldıq ki, sənədlər iyunun 26-da göndərilib. Çox təəccübləndik. Baş Poçtamt, yerli poçt şöbəsi ilə əlaqə saxladıqdan sonra məlum oldu ki, məhkəmənin sənədləri iyulun 5-də Bakıda olub. Bildirdilər ki, poçtalyonun təqsiri üzündən sənədlər vaxtında çatdırılmayıb. İyulun 16-da axşam poçt sənədləri bizə təqdim etdi.
Sual: Avropa Məhkəməsi İlqar Məmmədovun işinə nə vaxt baxa bilər?
Belə demək olar ki, qısa müddətdə qərar çıxması gözlənilir.
Nəzərə alsaq ki, şikayət fevralın sonlarında verilmişdi və aprelin 8-də artıq ona prioritet müəyyən olunub hökumətə ünvanlanmışdı. Belə demək olar ki, qısa müddətdə qərar çıxması gözlənilir.
Sual: İlqar Məmmədovun Avropa Məhkəməsinə şikayətinin məzmununu nə təşkil edir?
Cavab: Şikayətdə İlqar Məmmədovun qanunsuz olaraq tutulması, məhkəmə qərarı olmadan haradasa 8 saat Ağır Cinayətlərə dair İstintaq idarəsində (Baş Prokurorluğun - T.F) saxlanması, məhkəməyə polis nəzarəti altında aparılması, qanunsuz azadlıqdan məhrum edilməsi əksini tapıb.
Eyni ilə əsassız olaraq onun barəsində həbs qəti imkan tədbiri seçilməsi Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququ) pozulmasıdır. Onun barəsində təqsirsizlik hüququ prezumpsiyasının pozulması (konvensiyasının 6-cı maddəsinin ikinci hissəsi), səmərəli hüquqi müdafiə vasitələrinin olmaması (13-cü maddə), siyasi motivlərə görə ayrı-seçkiliyə yol verilməsi (14-cü maddə) və konvensiyanın 18-ci maddəsinin (tətbiq edilən qanun pozuntularının konvensiyadan irəli gəlməməsi) barədə şikayət vermişik.
Sual: Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı cinayət işi nə yerdədir? Çünki, onun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı ilə bağlı cinayət işi mövcuddur.
Rüstəm İbrahimbəyova qarşı heç bir cinayət işi və heç bir ittiham yoxdur. Bunun üçün əsas da yoxdur.
O ki qaldı Kinematoqrafçılar İttifaqına, burada vergi yoxlaması aparılıb. Yoxlama zamanı cinayət xarakterli əməl ümumiyyətlə ortaya çıxmayıb.
Rüstəm İbrahimbəyovun adı keçən və yaxud təsisçisi olduğu şirkətlərdə qərəzli vergi yoxlamaları aparılıb və bu yoxlamalarla bağlı tamamilə əsassız, özü də vergidən yayınma ittihamı ilə yox, mənimsəmə ittihamı üzrə başqa şəxs məsuliyyətə cəlb edilib.
Nəinki Rüstəm müəllimin həmin iş üzrə cəlb edilməsi, artıq cəlb edilmiş şəxslərə də ittiham verilməsi tamamilə qanunsuzdur.
Sual: Amma, Rüstəm İbrahimbəyov Azərbaycana gələrsə
Rüstəm müəllimin Azərbaycana qayıdışını əngəlləmək, onu bu fikirdən daşındırmaq məqsədi güdür.
Cavab: Fikrimcə bu bəyanatlar məqsədli xarakter daşıyır. Rüstəm müəllimin Azərbaycana qayıdışını əngəlləmək, onu bu fikirdən daşındırmaq məqsədi güdür.
Sual: Rüstəm İbrahimbəyovu belə bəyanatlarla fikrindən
Rüstəm müəllim kifayət qədər ağıllı, düşüncəli, ən başlıcası möhkəm adamdır.
Cavab: Bu mümkünsüzdür. Rüstəm müəllim kifayət qədər ağıllı, düşüncəli, ən başlıcası möhkəm adamdır.
Sual: Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaq mümkündürmü?
Cavab: Əgər biz konstitusiyanı və qüvvədə olan qanunvericiliyi rəhbər tutacağıqsa bu mümkünsüzdür.
Sual: Niyə mümkünsüzdür?
Halbuki bəzi iddialı namizədlərin belə öhdəliklərinin olmaması məsələsi şübhə altındadır.
Bu səbəblərdən Rüstəm müəllim Azərbaycanda daimi yaşayış yeri olan, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəliyi olmayan bir vətəndaş kimi, nəhayət əhəmiyyətli siyasi qüvvələr birliyinin vahid namizədi kimi əlbəttə seçkilərdə iştirak etməlidir. Onun namizədliyinin qeydə alınmaması ilə iqtidar faktiki olaraq etiraf edəcək ki, Rüstəm müəllimə məğlubiyyətə uğramasından qorxur.
Onun namizədliyinin qeydə alınmaması ilə iqtidar faktiki olaraq etiraf edəcək ki, Rüstəm müəllimə məğlubiyyətə uğramasından qorxur.
Cavab: Akif müəllim Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə (qaçaqlmalçılıq) təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun həbsi hesab edirəm ki, siyasi motivlidir. Həbs üçün heç bir əsas yoxdur.
İddia edilir ki, o guya Çar Rusiyasının 40 ədəd qızıl onluqlarını Azərbaycandan kənara çıxarmaq istəyib. Bununla bağlı istintaqda verdiyimiz vəsatətlər barədə danışmaq istəmirəm. Vaxtı yetişəndə bu barədə danışacağıq.
Həmin o qızıl onluqlar Azərbaycanda Rusiyadan qat-qat bahadır.
Başqa məsələlər də var. Avropa İnsan Hüquqları Məhkəməsinin Akif müəllimlə bağlı bir neçə il bundan qabaq artıq bir qərarı var.
Ramiz Rizayevin rəhbərlik etdiyi Ali Məhkəmədə plenum səviyyəsində həmin qərarı əsas götürərək Azərbaycan məhkəmələrinin bundan qabaq Akif müəllim barədə 1 il 8 gün həbs qətimkan tədbirləri barədə qərarları ləğv etməli idi.
Sual olunur? Nə vaxta qədər Azərbaycan Respublikası Ali Məhkəməsi, onun sədri Ramiz Rizayev başda olmaqla Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq hüquqi öhdəlikləri pozacaq.
Bundan başqa, biz bir neçə il bundan qabaq Akif müəllim barəsində aparılmış məhkəmələrlə bağlı digər müraciət də etmişik. Həmin müraciətə də fikirləşirəm ki, yaxın müddətdə baxılmalıdır. Belə bir şəraitdə Akif müəllimin yenidən həbs edilməsi çox böyük şübhə doğurur, özü də Milli Təhlükəsizlik Nazirliyinin dırnaqarası tanınmış Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbsi, əlbəttə çox suallar doğurur. Əlbəttə çox suallar doğurur və doğuracaq da.
Sual: Akif Muradverdiyevin həbsinin real səbəbi nədir?
Cavab: Siz həbsin əsl səbəbini əməliyyatı həyata keçirənlərdən soruşun. Bəlkə səmimi cavab verərlər.
Sual: Həbsdə siyasi motiv varmı?
Burada müəyyən elektoral qrupların fəallaşması, o cümlədən regional baxımdan. Ola bilər ki, bu hal nəzərə alınıb.