İlqar Məmmədov vicdan məhbusu kimi tanınıb. O həbsini siyasi adlandırıb
“ReAL” Hərəkatının həbsdə olan lideri İlqar Məmmədova qarşı İsmayıllı hadisələri ilə bağlı həbs edilən digər şəxslərlə bərabər əlavə ittiham irəli sürülüb. Bu barədə vəkil Fuad Ağayev Turana bildiribş
Onun sözlərinə görə, bundan öncə İ. Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı.
İndi isə Cinayət Məcəlləsinin 233-cü maddəsi 220-ci (kütləvi işğtişaş) maddəsi ilə əvəz edilib (yeni maddənin sanksiyasına görə 4 ildən 12 ilədək həbs nəzərdə tutulur).
Vəkil Məmmədova qarşı irəli sürülmüş ittihamın daha ağır sanksiyalı ittihamla əvəz olunmasını müxalifət qüvvələrinin susdurulmasına yönəlmiş hərəkətin nümayişi kimi qiymətləndirir.
“İqtidar bununla prezident seçkiləri ilində istənilən müxalifət qüvvəsini qanunsuz hüquqi yolla susdurmaq gücündə olduğunu nümayiş etdirir”, deyə o qeyd edib.
İlqar Məmmədov yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Sonra həbs müddəti daha 2 aylığa uzadılıb.
İlqar Məmmədov beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb.
Avropa İnsan hüquqları Məhkəməsi Məmmədovun şikayəti üzrə vaxtından əvvəl (bu il aprelin 9-dan) kommunikasiyaya başlayıb. Avropanın ali məhkəmə instansiyası Azərbaycan hökumətinə bu iş üzrə bir sıra suallar göndərib. Bakı iyunun 18-nə qədər Strasburqa cavab verməlidir.
Qeyd edək ki, İsmayıllı hadisələrinə görə, tutulan şəxslərdən Anar Həsənov, Səftər Ağamalıyev və Tofiq Yaqubluya və digərlərinə də Cinayət Məcəlləsinin 220-ci maddəsi üzrə ittiham irəli sürülüb.