Accessibility links

Məhkəmə İlqar Məmmədovu həbsdə saxlayıb


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

Onun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədovun qanunsuz həbslə bağlı şikayətini təmin etməyib.

Vəkil Fuad Ağayev bildirib ki, məhkəmə müdafiə tərəfinin Ilqar Məmmədovun məşhur ictimai xadim olduğu və istintaqdan yayınmaq niyyətində olmadığı barədə dəlillərini diqqətə almayıb.

Vəkil Xalid Bağırov bildirib ki, müdafiə tərəfi həmçinin çoxsaylı prosessual pozuntular olduğu üçün və birinci instansiya məhkəmə iclasının protokollarında müdafiə tərəfinin iradlarının əks olunmadığı üçün işin Nəsimi rayon məhkəməsinə qaytarılması haqqında vəsatət qaldırıb.

Lakin hakim Faiq Qasımov Məmmədovun şikayətini təmin etməyib.

Vəkil bildirib ki, məhkəmənin qərarından Strasburq Məhkəməsinə şikayət veriləcək.
Bundan başqa, həbsin ev dustaqlığı ilə əvəz edilməsi haqqında yeni şikayət qaldırılacaq.

Fevralın 4-də Nəsimi rayon məhkəməsi İlqar Məmmədov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib və ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasına yönəlmiş əməllərin təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) maddələri ilə ittiham irəli sürülüb.
XS
SM
MD
LG