Bu günki dinləmələrdə problemin səbəbləri müzakirə edilib. 2013-cü prezident seçkiləri ilində durumun daha da ağırlaşacağı iddia edilir
Martın 1-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda ifadə azadlığının durumuna dair dinləmələr keçirilib.
Öncə martın 2-də qətlinin 8-ci ili tamam olacaq jurnalist Elmar Hüseynovun xatirəsi anılıb. Daha sonra isə 2011-ci il martın 2-dən indiyədək olan dövrdə ifadə azadlığının durumu müzakirə edilib.
Turan agentliyinin direktoru Mehman Əliyev ötən bir il ərzində ifadə azadlığı sahəsində bütün istiqamətlər üzrə durumun pisləşdiyini deyib. Media qurumlarının iqtisadi əsaslarının sarsıdılması, yayım sisteminin çökdürülməsi, jurnalistlərə qarşı zorakılıq hallarının artması, məhkəmələr vasitəsilə müstəqil medianın fantastik cərimələrə məruz qalması, internetin nəzarətə götürülməsi cəhdlərinin çoxalması qeyd olunub. Medianın qeyri-leqal maliyyələşdirmənin artdığı xüsusi vurğulanıb.
2011-ci ilin sonlarından müstəqil mediaya və xüsusilə “Azadlıq” qəzetinə basqıların artdığı deyilib. Qəzetə qarşı məhkəmə iddialarının nəticəsi olan yüksək cərimələr iqtidarın qəzeti çökdürmək siyasəti kimi qiymətləndirilib. Qəzetə qarşı məhkəmə iddiaları ayrı-ayrı məmurların təşəbbüsü yox, iqtidarın yuxarı təbəqəsinin sifarişi sayılıb.
“Press-köşk” adı ilə quraşdırılan yeni köşklərin qəzet köşkündən çox “mini-market” olması vurğulanıb. Bu köşklərdə müstəqil qəzetlərin satışının olmadığı nəzərə çatdırılıb.
İqtidarın interneti çoxsaylı saytlar yaratmaq yolu ilə nəzarətə götürməsi xəttinin iflasa uğradığı vurğulanıb. Milyonlar xərclənməsinə baxmayaraq, bu internet resurslar diqqət kəsb etməyib. İnternetə nəzarət üzrə məsələyə Mətbuat Şurasının qoşulmasının ifadə azadlığına ciddi təhlükə yaratdığı bildirilib.
“Azadlıq” qəzetinin redaktor əvəzi Rahim Hacıyev qəzetə basqıları önə çəkib. Ölkədəki problemlərin kökündə mövcud rejimin durur, bu rejim qaldıqca problemlər də qalacaq.
“Qəzetin problemləri ölkədəki problemlərin tərkib hissəsidir. İnsanların həqiqəti yazan 2-3 qəzetə etimad etməsi iqtidarı ciddi narahat edir və qəzetə basqılar bu narahatlıqdan qaynaqlanır”, o qeyd edib.
Redaktor 2013-cü il, - prezident seçkiləri ilində, - ictimai fəallıq artdıqca qəzetə qarşı təzyiqlərin artacağı və mübarizənin sərt məcraya yönələcəyi xəbərdarlığını edib. O ifadə azadlığını müdafiə qrupu yaradılmasını təklif edib.
Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyev 2005-ci ildən bu yana jurnalistlərə qarşı 500-dən çox zorakılıq olayı olsa da, cəmi 6-sının araşdırıldığını nəzərə çatdırıb. Bu araşdırmalar iqtidara yaxın jurnalistlərin işi ilə bağlı olub.
Ötən 8 il ərzində jurnalistlərə qarşı 160 cinayət cəzası tətbiq edilib, bunların yarısı həbs, yarısı islah işləri olub. 2010-cu ildən etibarən jurnalistlərin peşə fəaliyyətlərinə görə xuliqanlıq, narkotik ittihamları həbs olunması tendensiyası başlandığı deyilib. Bu ittihamla 50 jurnalistin həbsə alındığı qeyd edilib.
Sonda RATİ rəhbəri Emin Hüseyn martın 2-si saat 12:00-da E.Hüseynovun məzarı başında anım mərasimi keçiriləcəyini, axşam isə yaşadığı evin önündə xatirə şamları yandırılacağını nəzərə çatdırıb.