Human Rights Watch Liviya üsyançılarını insan haqlarına hörmət etməyə çağırır

Human Rights Watch Liviya üsyançılarını insan haqlarına hörmət etməyə çağırır

İnsan haqları qrupu Liviyanın qərbində müxalifət döyüşçülərini nəzarət etdikləri qəsəbələrdə mülki vətəndaşları qorumağa çağıraraq quldurluq edənlərin cavabdeh tutulmasının mühümlüyünü vurğulayıb.

Nyu Yorkda qərargahlanan Human Rights Watch bildirir ki, üsyançılar Müəmmər Qəzzafini dəstəkləyən adamların evlərini qarət etmiş, və bəzi adamları döymüşlər.

Qrup bildirir ki, hüquq pozuntuları əl-Avaniya, Rayayniya, Zaviyyət əl-Baqul və əl-Qavaliş qəsəbələrində baş verib.

Human Rights Watch deyir ki, üsyançı komandir zorakılıqların törədildiyini təsdiq edib və bəzi adamların cəzalandırıldığını bildirib.