Hillari Klinton:Pakistan terrorizmlə mübarizə sahəsində daha fəal çalışmalıdır

  • Amerikanın səsi

ABŞ dövlət katibi Hillari Klinton Pakistanın terrorizmlə mübarizə sahəsində daha fəal çalışmalı olduğunu deyib. O bildirib ki, ABŞ Amerika, Əfqanıstan və digər ölkələrə hədə törədən terror qruplaşmalarına qarşı mübarizədəki əzmkarlığını davam etdirəcək. Dehlidə hindistanlı həmkatı S.M.Krişna ilə görüşdən sonra müxbirlərlə danışan dövlət katibi deyib ki, Hindistan və ABŞ ərazilərində həyata keçirilən terror hücumlarının nə olduunu yaxşı bilir. O, Pakistanda terrorçular tərəfindən 30 min insanın öldürüldüyünü diqqətə çatdırıb.”Biz Pakistan hökumətindən daha artıq iş görməsini istəyirik. Pakistan ərazilərdindən terrorçuların istifadəsinə yol verməməlidir.”

Dünən Kəlkütədə çıxış edən Hillari Klinton həmçinin deyib ki, Pakistan Hafiz Məhəmməd Səid adlı terrorçunun ələ keçirilməsində Amerika və Hindistanın çağırışlarına əməl etmir. Həmin şəxs 2008-ci ildə 166 adamın ölümü ilə nəticələnən Mumbay hücumunun məsuliyyətini daşıyır.

ABŞ və Hindistanın təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan dövlət katibi bildirib ki, hər iki ölkə İranın nüvə silahı əldə etməsinə mane olmalıdır. O, Hindistanın İrandan neft idxalını azaltması üçün Amerikanın o ölkənin neftayırma sahəsinə yardım göstərəcəyinə söz verib. Xanım Klinton hindistanlı həmkatı S.M.Krişna ilə mülki nüvə əməkdaşlığı da daxil edilməklə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə edib. Belə ki, gələn ay Vaşinqtonda ABŞ-Hindistan strateji forumu keçirilməlidir.