ABŞ dövlət katibi Vaşinqtonun Filippinin təhlükəsizliyinin təminatını sadiq qaldığını, lakin bu ölkənin Pekinlə su ərazilərinə dair mübahisəsində tərəf saxlamadığını deyib.
Manilanın diplomatik rəsmiləri ilə görüşü zamanı Hillari Klinton Çinlə Fillippin arasında üç həftədir davam edən qarşıdurmaya görə dərin narahatlığını dilə gətirib. Skarbiri Şoalın hər iki ölkə tərəfindən ərazisi olduğu iddia edilir. ABŞ dövlət katibi bildirib ki, Amerika ərazi mübahisələrinin diplomatik yolla həllinin tərəfdarıdır.
Müzakirələrdən sonra əldə edilən birgə bəyanatda deyilir ki, ABŞ 60 illik müdafiə sazişinə əsasən Filippinə su ərazilərinin patrulunda yardım edəcək.
Regionda gərginliklər son zamanlar daha da artıb. Belə ki, Çin Cənubi Çin dənizinin 3.5 milyon kvadrat kilomertlik ərazisinin ona məxsus olduğunu iddia edir. Bu bölgə neft və qazla zəngin ola bilər.