Hillari Klinton əvvəlcədən elan edilməyən Liviya səfərinə başlayıb

  • Amerikanın səsi

Hillari Klinton əvvəlcədən elan edilməyən Liviya səfərinə başlayıb

ABŞ dövlət katibi Hillari Klinton əvvəlcədən elan edilməyən Liviya səfərinə başlayıb. Tripoliyə bu gün çatan xanım Klinton təhsil proqramları, tibbi xidmətlər, silah yardımı və arxeoloji layihələrə milyonlarla dollar vəsait ayrıldığını bəyan etməlidir. Dövlət katibinin Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdel Cəlill və müvəqqəti hökumətin baş naziri Mahmud Cibrillə görüşüb. Bu, Qəzzafi rejiminin devrilməsindən sonra Amerikanın ən yüksək səviyyəli rəsmisinin ilk səfəridir.