Liviyanın müvəqqəti hökumət rəsmiləri Müəmmər Qəzzafinin Əlcəzairlə sərhəddəki Qadamis qəsəbəsində gizləndiyini güman edirlər.
Rəsmilər Qəzzafinin Tuareq tayfası tərəfindən qorunduğuna inanırlar. Devrilmiş lider bir vaxtlar şimali Nigerdə tuareqlərin qiyamına dəstək vermişdi. Üsyan başlanandan bəri yüzlərlə tuareq onun uğrunda vuruşub.
Milli Keçid Şurası bundan əvvəl Qəzzafinin Bəni Valid qəsəbəsində gizləndiyini demişdi. Müxalifət qüvvələri paytaxt Tripolini zəbt etdikdən bəri Qəzzafini görən olmayıb.