Müvəqqəti hökumət rəsmiləri deyir ki, sabiq Liviya lideri Müəmmər Qəzzafi Sirt şəhərindən qaçmağa çalışarkən yaralandıqdan sonra ölüb.
Bu gün səhər erkən hərbi liderlər bildirmişdilər ki, Qəzzafi həbs olunub. MKŞ rəsmiləri onun ağır yaralandığını xəbər verirdilər. Lakin sonradan Qəzzafinin qaçmağa çalışarkən vurulduğu və öldüyü xəbər verilib. Liviya televiziyası sabiq diktatorun cəsədinin Misrata şəhərinı aparıldığını xəbər verib.
Həftələrlə davam edən döyüşlərin ardınca bu gün inqilabçı qüvvələr Qəzzafinin son istehakmı sayılan Sirti tam ələ keçirib.
Milli Keçid Şurası bundan əvvəl bildirmişdi ki, Sirtin alınmasından sonra Liviya azad edilmiş elan olunacaq.
Amerikanın Səsini izləyin.