İş planı 2013-cü ildə iki ölkə arasında hərbi əməkdaşlığı əks etdirir
Prezident İlham Əliyev 2013-cü il aprelin 25-də Bakı şəhərində və 2013-cü il iyunun 7-də Ştutqart şəhərində imzalanmış “Azərbaycan Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2013-cü il üçün İş Planı”nın təsdiq edib.
Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunmuş fərmanda deyilir ki, Müdafiə Nazirliyi İş Planının müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ABŞ hökumətini xəbərdar edəcək.