Avropa Şurası insan hüquqları komissarı fransiz jurnalistlərin Bakıdan deportasiyasını pisləyb

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

O, hesab edir ki,bu mətbuat azadlığına və insan hüquqlarına növbəti zərbədir
Avropa Şurası insan hüquqları komissarı Nils Mujnieks fransalı iki jurnalist Loren Rişar və Emmanuel Baxın Bakıda saxlanmasını və avadanlıqlarının müsadirə olunmasını pisləyib.

O,öz twitterində Azərbaycanda fransız jurnalistlərin saxlanmasından və onların materiallarının müsadirə edilməsindən narahat olduğunu bildirib.

“Bu, bu sahədə mətbuat azadlığına və insan hüquqlarına növbəti zərbədir”.

Jurnalistlər Parisə uçarkən saxlanılıblar. Onlar Bakıya prezident Fransua Ollandın səfərini işqlandırmaq üçün gəliblər.

Mayın 15-də xüsusi xidmətin işçiləri onların çəkiliş avadanlıqlarını və çəkdikləri materialları alaraq özlərini məcburən Parisə yola salıblar.