8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Amerikanın Səsinə müsahibə verən Süheyla Əzizi feminizm düşüncəsini sosial ədalətin bir zərurəti kimi dəyərləndirib. Azərbaycanlı qadın haqları fəalı müasir xalq hərəkatları və indiki milli hərəkatda güneyli qadınların iştirakını dəyərləndirərək, bu fəaliyyətlərin davamında müstəqil bir qadın hərəkatının yaranmasını da zəruri hesab edib.
“Azərbaycan qadını hər zaman meydanda hazır olub, Məşrutə və 1945-46-cı illərdə qurulmuş Milli Hökümət dövrlərinin mübarizələrində fəal iştirak edib. Qadınlar indiki milli hərəkatda da fəaldırlar. Babək Qalası mərasimləri, Urmiyə Gölü etirazları və 2006-cı ildə türkləri təhqir edən karikaturaya kütləvi etirazlar zamanı qadınların fəal olduğunu görmüşük,” deyə Süheyla Əzizi güneyli qadınların müasir tarixdə cərəyan etmiş xalq hərəkatlarında iştirakını yüksək qiymətləndirib.
O, həmçinin əlavə edib ki, bu günədək güneydə qadın haqlarını müdafiə edən müstəqil bir qadın hərəkatı yaranmayıb.
Güneyli qadın haqları fəalları Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 8-də Türkiyənin Əskişəhərində “Qadın Gülərsə” adlı tədbir keçirir. Süheyla Əzizi bu toplantıda feminizmin nədən gərəkli olduğu haqqında çıxış edəcək.
Əzizi son zamanlarda güneyli qadınların Avropa və Türkiyə kimi ölkələrdə təşkil etdikləri toplantılar və digər qadın yönümlü fəaliyyətləri həm güney qadınının müasir tarixdəki fəallığının davamı, həm də müstəqil bir feminist hərəkatının başlanğıcı kimi izah edib.
İsveçdə yaşayan güneyli qadın feminizm düşüncəsini sosial ədalət anlayışının bir parçası kimi görür: “Feminizmdən danışmaq üçün heç də tez deyil. Feminizm kişilərə qarşı, və ya kişilərə nifrət edən bir düşüncə, yaxud hərəkat deyil, qadın-kişi bərabərliyi və bərabər hüquqlardan bəhs edən bir düşüncədir.”
Süheyla Əzizi feminizm düşüncəsinin sosial ədalətsizlik ilə mübarizə etdiyini dilə gətirib. “Sosial ədalətə inanırıqsa, qadınlara qarşı tətbiq edilən ədalətsizlik və ayrı-seçkiliyin üstünü örtə bilmərik,” deyə o əlavə edib.
“Azərbaycan qadını hər zaman meydanda hazır olub, Məşrutə və 1945-46-cı illərdə qurulmuş Milli Hökümət dövrlərinin mübarizələrində fəal iştirak edib. Qadınlar indiki milli hərəkatda da fəaldırlar. Babək Qalası mərasimləri, Urmiyə Gölü etirazları və 2006-cı ildə türkləri təhqir edən karikaturaya kütləvi etirazlar zamanı qadınların fəal olduğunu görmüşük,” deyə Süheyla Əzizi güneyli qadınların müasir tarixdə cərəyan etmiş xalq hərəkatlarında iştirakını yüksək qiymətləndirib.
Your browser doesn’t support HTML5
Sosial ədalətə inanırıqsa, qadınlara qarşı tətbiq edilən ədalətsizlik və ayrı-seçkiliyin üstünü örtə bilmərik.Süheyla Əzizi
Güneyli qadın haqları fəalları Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 8-də Türkiyənin Əskişəhərində “Qadın Gülərsə” adlı tədbir keçirir. Süheyla Əzizi bu toplantıda feminizmin nədən gərəkli olduğu haqqında çıxış edəcək.
Əzizi son zamanlarda güneyli qadınların Avropa və Türkiyə kimi ölkələrdə təşkil etdikləri toplantılar və digər qadın yönümlü fəaliyyətləri həm güney qadınının müasir tarixdəki fəallığının davamı, həm də müstəqil bir feminist hərəkatının başlanğıcı kimi izah edib.
Babək Qalası mərasimləri, Urmiyə Gölü etirazları və 2006-cı ildə Türkləri təhqir edən karikaturaya kütləvi etirazlar zamanında qadınların fəal olduğunu görmüşük.