Accessibility links

Əzra Azəri: Milli hərəkatın qadına baxışı stereotiplərə əsaslanır [Audio]


Əzra Azəri
Əzra Azəri
“Milli hərəkatda qadınlardan ancaq mənəvi dəstək gözlənilir, qadın heç zaman siyasi lider rolunda, yaxud bir aparıcı qüvvə kimi təsəvvür edilmir,” deyə Əzra Azəri Azərbaycan hərəkatında qadın üçün biçilmiş rolun toplumda formalaşmış stereotiplərə söykəndiyini bildirir.

Əzra Azəri milli hərəkatda qadınların rolu haqda danışır
please wait

No media source currently available

0:00 0:13:41 0:00

Güneyli feminist və mədəni fəal Amerikanın Səsinə müsahibədə qadınlarda öz senzura məsələsi və cəmiyyətdə formalaşmış qadın stereotiplərini müzakirə etməklə yanaşı İranın siyasi cərəyanları və güneydəki milli hərəkat içində qadın fəalların rolunu dəyərləndirib.

Əzra Azərinin sözlərinə görə, muxtəlif toplumlarda qadının cəmiyyətdəki rolu tarix boyu formalaşmış gender stereotiplər əsasında müəyyənləşir. Bizim toplumda bu rol oturuşub və onun üçün biçilmiş roldan kənara çıxmır.

Bizim toplumda qadın üçün müəyyənləşmiş vəzifə onun analıq rolu ilə bağlıdır. Qadından daha çox fədakarlıq gözlənilir. İş mühitlərində və iqtisadi məsələlərdə qadına əsas və aparıcı mövqe verilmir.
Güneyli fəal qadınlarda öz senzura məsələsinin də həmin gender stereotipləri ilə əlaqəli olduğunu qeyd edir.

“Bizim toplumda qadın üçün müəyyənləşmiş vəzifə onun analıq rolu ilə bağlıdır. Qadından daha çox fədakarlıq gözlənilir. İş mühitlərində və iqtisadi məsələlərdə qadına əsas və aparıcı mövqe verilmir.”

İsveçdə yaşayan azərbaycanlı qadın haqları fəalı həmçinin İran Azərbaycanı, habelə İran siyasi fəzasında mövcüd olan qadın hərəkətlilikləri ilə bağlı fikirlərini Amerikanın Səsi ilə paylaşıb:

“İran qadın hərəkatı çox tanınmış bir cərəyandır. Ancaq, İranda ciddi siyasi olaylar ortaya çıxdığı zaman bu hadisələrin təsirində İran qadın hərəkatında da ciddi dəyişiklik həyata keçirilir və qadın hərəkatı öz mahiyyətindən uzaqlaşır,” deyə Əzra Azəri inandığını bəyan edir.

Onun dediklərinə görə, Güney Azərbaycan Milli Hərəkatının qadın fəallara yanaşması toplumda formalaşmış gender stereotipləri əsasındadır.

“Milli hərəkatda qadınlara analıq rolu təlqin edilir. Onlardan ancaq fədakarlıq və mənəvi dəstək gözlənilir. Qadının söz sahibi olması və siyasi lider rolu daşıması təsəvvür edilmir, ona aparıcı bir qüvvə kimi baxılmır,” deyə Əzra Azəri vurğulayır.
XS
SM
MD
LG