Accessibility links

Güneyli qadınlar Türkiyədə tədbir keçirəcək


İran Azərbaycanında qadın məsələsi tədbirin diqqət mərkəzində olacaq

Güneyli qadın haqları fəalları Beyn'lxalq Qadınlar Günü münasibəti ilə martın 8-də Türkiyənin Əskişəhərində “Qadın Gülərsə” adlı tədbir keçirəcək.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin yaydığı məlumata görə, Yunus Əmrə Kültür və Sənət Mərkəzində keçiriləcək toplantının diqqət mərkəzindəGüney Azərbaycanda qadın məsələsi olacaq.

Toplantıda mühacirətdə yaşayan güneyli qadın haqları fəalları o cümlədən, Simin Səbri, Süheyla Əzizi və Əfsanə Sulduzlu “Güney Azərbaycanda qadın hərəkatı” və feminizm kimi mövzularla bağlı çıxış edəcəklər.

“Qadın Gülərsə” adlı tədbirdə güneyli ozan Hüccət Təbrizlinin mahnıları ifa ediləcək.
XS
SM
MD
LG