Türkan Urmulu hesab edir ki, Azərbaycan feministi Azərbaycanda yaşayan bütün cəmiyyətlər və təbəqələr, o cümlədə etnik və dini azlıqlara mənsub qadınların problemlərinə diqqət göstərməlidir. Güneyli hüquqşünas, şair və qadın haqları fəalı Amerikanın Səsinə müsahibədə Azərbaycanda feminizm çalışmaları ilə bağlı fikirlərini paylaşmaqla yanaşı, digər güneyli qadın haqları fəalı Əzra Azəri ilə birlikdə ictimai şəbəkələrdə start verdiyi Feminist Addımlar kampaniyasını şərh edib.
Türkan Urmulu cəmiyyətdə feminist sözünə qarşı bəzi həssaslıqların mövcüd olduğunu qəbul etsə də bu terminin qadın haqları fəalları tərəfindən işlədilməsini doğru sayır və özünü Azərbaycan feministi olaraq təqdim edir.
“Çoxları, hətta qadın haqlarından danışanlar belə feminist olaraq adlandırılmaqdan qaçınırlar. Ancaq hər düşüncə və qavramın özünə görə terminləri vardır. Qadın haqları sahəsində maarifləndirmə və bilgiləndirmə fəaliyyətində də doğru terminləri işlətmək lazimdir.”
Güneyli hüquqşünas Feminist Addımlarının əsas hədəfinin qadın haqları ilə bağlı maarifləndirmə fəaliyyətindən ibarət olduğunu vurğulayır.
“Güney Azərbaycanda qadın haqları ilə bağlı çalışmaq yeni deyil, amma bu sahədə ciddi boşluqlar vardır və yetərli məlumat qaynağı mövcüd deyil. Biz imkanlarımız daxilində bu sahədəki boşluqları doldurmağa çalışırıq.”
O, eyni zamanda Azərbaycan feministinin bir mübarizə içərisində olduğu, ancaq bu mübarizənin şüarla deyil maarifləndirmə ilə mümkün olduğunu qeyd edir.
Urmiyəli şair həmçinin Azərbaycan feministinin tərifi və xüsusiyyətləri haqqında öz fikirlərini Amerikanın Səsi ilə paylaşıb.
“Bir çoxları Güney Azərbaycanın bu qədər problemi varkən feminizm fəaliyyətini yersiz görürlər. Belə irad tuturlar ki, bizim bu qədər dərdimiz var, dilimiz yasaqdır və siz feminizm lüksünü ortaya atırsınız! Ancaq, biz özümüzü Azərbaycan feministi kimi adlandıraraq bu fəaliyyətin Güney Azərbaycan üçün olduğunu göstəririk.”
Urmiyə və Ankara Universitetlərinin hüquq və beynəlxalq hüquq məzunu olan Türkan Urmulunun firincə Azərbaycan feministi Azərbaycanda yaşayan bütün cəmiyyətlər və təbəqələri nəzərdə almalı, o cümlədən etnik və dini azlıqlara mənsub qadınların da problemlərinə diqqət göstərməlidir.
Türkan Urmulu cəmiyyətdə feminist sözünə qarşı bəzi həssaslıqların mövcüd olduğunu qəbul etsə də bu terminin qadın haqları fəalları tərəfindən işlədilməsini doğru sayır və özünü Azərbaycan feministi olaraq təqdim edir.
“Çoxları, hətta qadın haqlarından danışanlar belə feminist olaraq adlandırılmaqdan qaçınırlar. Ancaq hər düşüncə və qavramın özünə görə terminləri vardır. Qadın haqları sahəsində maarifləndirmə və bilgiləndirmə fəaliyyətində də doğru terminləri işlətmək lazimdir.”
Güneyli hüquqşünas Feminist Addımlarının əsas hədəfinin qadın haqları ilə bağlı maarifləndirmə fəaliyyətindən ibarət olduğunu vurğulayır.
“Güney Azərbaycanda qadın haqları ilə bağlı çalışmaq yeni deyil, amma bu sahədə ciddi boşluqlar vardır və yetərli məlumat qaynağı mövcüd deyil. Biz imkanlarımız daxilində bu sahədəki boşluqları doldurmağa çalışırıq.”
O, eyni zamanda Azərbaycan feministinin bir mübarizə içərisində olduğu, ancaq bu mübarizənin şüarla deyil maarifləndirmə ilə mümkün olduğunu qeyd edir.
Urmiyəli şair həmçinin Azərbaycan feministinin tərifi və xüsusiyyətləri haqqında öz fikirlərini Amerikanın Səsi ilə paylaşıb.
Bir çoxları Güney Azərbaycanın bu qədər problemi varkən feminizm fəaliyyətini yersiz görürlər. Belə irad tuturlar ki, bizim bu qədər dərdimiz var, dilimiz yasaqdır və siz feminizm lüksünü ortaya atırsınız!Türkan Urmulu