Azərbaycanda səfərdə olan ABŞ-ın Beynəlxalq Yayım Şurasının üzvü, səfir Victor Ashe ölkə rəsmiləri ilə beynəlxalq yayım şirkətlərinin yerli dalğalarda yayımının bərpası məsələsini müzakirə edib.
2009-cu il yanvarın 1-də Azərbaycan hökuməti Azadlıq radiosu, Amerikanın səsi və BBC kimi beynəlxalq yayım şirkətlərinin yayımını dayandırıb. Beynəlxalq Yayım Şurası bu addımı pisləmişdi.
Beynəlxalq Yayım Şurasının yaydığı məlumata görə, cənab Ashe Bakıda Azərbaycan Xarici İşlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb. Onun Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovla görüşü gözlənilir. Səfir Ashe ABŞ-Azərbaycan Media Akademiyasının tələbələri qarşısında çıxış edəcək.