Fransanın yeni sosialist hökuməti bu gün fəaliyyətə başlayaraq prezident Fransua Hollandla ilk kabinet iclasına hazırlıq işləri görüb.
Parisdəki mərasimlərdə istefa verməyə hazırlaşan nazirlər varisləri ilə bir araya gəliblər.
Yeni təyinatlardan biri sabiq sosialist baş nazir Laurent Fabiusun xarici işlər naziri və Pierre Moskoviçin maliyyə naziri olmasıdır.
Cənab Hollande Jan-Mark Ayrotu yeni baş nazir təyin edib.
Prezident Holland habelə qadınların kabinetdə bərabər təmsil olunması barədə vədinə əməl edərək 34 nazirdən 17-ni qadın təyin edib.