Fransada prezident seçkisinin birinci turu keçirilir

  • Amerikanın səsi

Fransada milyonlarla seçici ölkə prezidentini seçmək üçün səsvermədə iştirak edir. Hazırkı prezident Nikola Sarkozi və onun xanımı Karla Bruni seçkinin birinci turunda artıq səs veriblər.

Bazar günü səsvermədən sonra ikinci turda mübarizə seçkilərə qatılan 10 namizəddən ikisi, cənab Sarkozi və onun Sosialist partiyasından əsas rəqibi olan Fransua Olland arasında gedəcək. Seçkilərin ikinci turu mayın 6-da keçiriləcək.

Seçkidən əvvəl keçirilmiş rəy sorğularına əsasən, cənab Sarkozi cənab Ollanddan bir neçə faizlə geridə qalır. Fransa qanunlarına görə mediaya səsvermə məntəqələri bağlanana qədər ilkin nəticələr haqda məlumat verməyə icazə verilmir.

2007-ci ildə hakimiyyətə gəlmiş prezident Nikola Sarkozi Fransanın borcunu azaltmaq məqsədilə ciddi iqtisadi ixsarlar tətbiq etdiyinə görə kəskin tənqidlərlə qarşılaşmışdır.

Fransada veteran siyasətçi olan Fransua Olland artıq bir neçə ildir Sosialist partiyasına rəhbərlik edir. Seçki kampaniyası zamanı o, ölkədə işzislik səviyyəsinin 10 faizə çatmasına görə prezident Sarkozini günahlandırıb və büdcə problemlərinin həlli üçün ölçülər götürməyə çağırıb.