Florida sorğularında Mitt Romni rəqiblərini üstələyir

  • Amerikanın səsi

Florida sorğularında Mitt Romni rəqiblərini üstələyir

İki yeni rəy sorğusu Florida praymerizində Mitt Romni ilə üzləşəcək Nyut Gingriçə dəstəyin azaldığını göstərir. Romninin ötən debatda qalib kimi görünməsi Gingriçi öz momentumunu bərpa etmək səylərini gücləndirməyə vadar edib.

Ağ Evə iddialılar Floridanın nəhəng ispandilli icmasının dəstəyini qazanmağa çalışırlar. Bu icmanın əksəriyyətini Fidel Kastronun Kubasından mühacirət etmiş anti-kommunist baxışlı insanlar təşkil edir. İspandilli Liderlik Şəbəkəsində Romni hərarətlə qarşılanıb. Gingriçə isə münasibət bir qədər ilıq olub.

Cənubi Karolinadakı məğlubiyyətindən sonra Romni Reuters-İpsosun Florda sorğularında 8 faiz fərqlə Gingriçi üstələyir. Quinnipiac Universitetinin keçirdiyi rəy sorğusu isə Romniyə 9 faiz üstünlük verir.

Bu fərq cümə axşamı keçirilmiş üç rəy sorğusunun nəticələri ilə üst-üstə düşür.

Bəzi başqa ştatlardan fərqli olaraq Floridada qalib gələn iddialı namizədlik uğrunda ümummilli yarışda həmin ştatın bütün nümayəndələrini qazanmış olacaq.

İddialıların bütün ABŞ boyu praymeriz və kokuslarda topladıqları səs və ona uyğun nümayəndələrin sayı final namizədi müəyyən edir.