Son rəy sorğuları göstərir ki, ABŞ prezident seçkisində Respublikaçılar partiyasının nominasiyasını almaq uğrunda mübarizə aparan Mitr Romni rəqibi Nyut Ginqriçdən irəlidədir.
NBC şirkətinin keçirdiyi sorğunun nəticələri Florida ştatında ilkin seçkidən iki gün əvvəl açıqlanıb. Sorğuya əsasən, Floridada respublikaçı seçicilərin 42 faizi Mitt Romnini, cəmi 27 faizi isə Nyut Ginqriçi dəstəkləyir.
Massaçusets ştatının keçmiş qubernatoru və milyonçu investor olan Romni yanvarın 21-də Cənubi Karolina ştatında rəqibinə məğlub olduqdan sonra Floridada ilkin seçkilərdə qələbə çalmalıdır. Rəy sorğuları göstərir ki, bir həftə intensive kampaniyadan sonra Romni rəqibi Ginqriçdən xeyli irəliyə çıxıb.
Bununla belə, Nyuq Ginqriç Floridada rəqiblər arsında fərqin sorğuda göstərildiyindən daha az olacağını gözlədiyini bildirir.Tampa şəhərində danışan Nyut Ginqriç Romnini abort əleyhdarı, silaha nəzarət və vergilərin artırılması tərəfdarı olan mötədil Massaçusetüs siyasətçisi adlandırıb.
Öz növbəsində Romni etik normaların pozulmasında günahkar tanınıb Nümayəndələr Palatasının spikeri vəzifəsindən istefa verməli olmuş Ginqriçi kəskin tənqid atəşinə tutmuşdur.