Florida praymerizindəki inamlı qələbənin ardınca Respublikaçı prezidentliyə iddialı Mitt Romninın Nevada ştatında keçiriləcək kokuslardan da qalib çıxacağı gözlənilir.
Yeni rəy sorğuları göstərir ki, burada sabiq Massaçusets qubernatoru Nümayəndələr Palatasının sabiq spikeri Nyu Gingriçi 20 faiz səslə üstələyir. Respondentlərin 45 faizi Romniyə, 25 faiz isə Gingriçə dəstək verir. Sabiq Pennsilvaniya senatoru Rik Santorum və Texaslı konqresmen Ron Pol isə xeyli geridədirlər.
Nevada martın 6-da 10 ştatın iştirak edəcəyi Super Çərşənbə Axşamı ərəfəsində praymerizin keçirildiyi səkkiz ştatdan biridir.
Romniyə Nevada ştatında məskunlaşan nəhəng Mormon icmasının dəstək verəcəyi gözlənilir. Romni hələ 2008-ci ildə seçkilərə qatılanda Nevadada qalib çıxmışdı. Mormonlar Nevada Respublikaçı kokus iştirakçılarının dörddə birini təşkil edir və onların 95 faizi Romnini dəstəkləyir.
Gingriç və Pol Nevadada kampaniya aparıblar. Rik Santorum isə əsas diqqətii çərşənbə axşamı praymerizin keçiriləcəyi Missouriyə verib.