Accessibility links

Mitt Romni federal vergi barədə sənədləri açıqlayıb


Mitt Romni federal vergi barədə sənədləri açıqlayıb
Mitt Romni federal vergi barədə sənədləri açıqlayıb

ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni federal vergi barədə sənədləri açıqlayıb. Son iki il ərzində 42 milyon gəlir əldə edən Romni 6.2 milyon dollar məbləğində vergi ödəyib.

2010-cu ildə 13.5 faiz vergi ödəyən namizəd 2011-ci ildə 15.4 faiz ödəməlidir. Onun vergi faizinin aşağı olması gəlirinin əksər hissəsinin investisiyalardan əldə etməsi ilə izah edilir. Adi hallarda belə gəlirlərdən 35 faiz vergi ödənməlidir. Mitt Romni müxtəlif sahələrə yatırımlar edib. ABŞ-ın vergi kodeksinə görə investisiyalardan əldə edilən gəlirdən 15 faiz vergi ödənməlidir. ABŞ prezidentliyinə respublikaçı namizədin özəl investisiya şirkətindən qazancı 190-la 250 milyon dollar təşkil edir. Mitt Romni son iki ildə xeyriyyəçilik sahəsinə 7 milyon dollar sərf edib. Vəsaitin əksər hissəsi Romninin üzvü olduğu Mormon kilsəsinə ianə edilib.

XS
SM
MD
LG