ABŞ-ın Massaçusets ştatının sabiq qubernatoru Mit Romni Respublikaçıların Nyu Hampşir ştatındakı praymerizdə qalib gəlib. Qələbə prezidentliyə namizəd üçün bu ilin noyabr ayında keçiriləcək prezident seçkilərində prezident Barak Obama ilə mübarizəyə qoşulmaq üçün böyük inam əldə edib.
Cənab Romni tərəfdarlarına bildirib ki, dövlət tarix yazıb. O, son 30 ildə Respublikaçıların həm Ayova, həm də Nyu Hampşir praymerizində qalib gələn ilk namizədidir.
Romni habelə prezident Obamanı hədəf alaraq deyib ki, o, uğursuzluğa düçar olmuş prezidentdir. Respublikaçı namizəd cənab Obamanın bir sıra siyasətlərə yönəlik siyasətini tənqid edib və bildirib ki, o, ölkəni tamam yeni cığırla aparmağa üstünlük verəcək.
Nəticələrin son hesablanmasına görə, Romni Texas konqresmeni və müharibə əleyhdarı Ron Pol üzərində qələbə qazanıb. ABŞ-ın Çindəki sabiq səfiri Con Hantsman 3 yerdə olub. Nümayəndələr Palatasının sabiq spikeri Nyu Ginqriç və ABŞ-ın eks-senatoru Rik Santorum 4-cü, 5-ci yerləri tutublar.