Cəbhədə hərbi qulluqçu həlak olub

Cəbhə xətti

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azərbaycan-Ermənsitan qoşunlarının təmas xəttində həlak olub
Martın 26-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Ssəinə bildiriblər ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mehman Sadıqov güllə yarasından şəhid olub.