Qarşılıqlı ikitərəfli münasibətlər müzakirə ediləcək.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Dövlət katibinin köməkçisinin müavini Erik Rubin Azərbaycanda qısamüddətli səfərdədir. Bu barədə Amerikanın Səsinin sorğusuna cavabda Amerika səfirliyinin mətbuat xidmətindən bildiriblər.
E.Rubin yüksək vəzifəli dövlət rəsmiləri və qeyri hökumət təşkilatları ilə görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı ikitərəfli münasibətlər müzakirə ediləcək.
E.Rubin yüksək vəzifəli dövlət rəsmiləri və qeyri hökumət təşkilatları ilə görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı ikitərəfli münasibətlər müzakirə ediləcək.