Accessibility links

Erik Rubin:"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə sadiq qalır"


ABŞ Dövlət katibinin yardmıçısı Amerikanın səsinə müsahibədə Ermənistanda parlament seçkiləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi haqda danışıb

ABŞ Dövlət katibinin yardımçısı Erik Rubin mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı Amerikanın səsinə müsahibə verib.

Erik Rubin ABŞ-ın Ermənistanda seçkilərin azad və ədalətli keçəcəyilə bağlı ümidlərini ifadə edib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışıb .

Ermənistanda parlament seçkiləri

“Ermənistan prezidenti və digər yüksək səviyyəli rəsmilərin bu seçkilərin müstəqil Ermənistanın tarixində ən gözəl seçkilər olacağı ilə bağlı bəyanatlarını ciddi qəbul edirik. Bu məqsədə dəstək vermək üçün əlimizdən gələni edirik”-deyə o bildirib. Rubinin sözlərinə görə, ABŞ seçkilərin Ermənistanın özü üçün mühüm bir imkan olduğuna inanır və xalqın bu seçkilərdə qarşıya qoyduğu məqsədlərin gerçəkləşməsini önəmli sayır.

Dövlət katibinin yardımçısı Birləşmiş Ştatların bu məqsədlərə nail olmaq üçün Ermənistana müxtəlif şəkildə yardım göstərildiyini deyib. O bildirib ki, ikitərəfli yardım vasitəsilə Ermənistan hökumətinə seçkilərin keçirilməsində dəstək verilir.

“Bundan başqa qeyri-hökumət təşkilatarı, vətəndaş qrupları və media ilə vətəndaşların iştirakı və namizədlər haqda məlumatın vətəndaşlara çatması məqsədilə mətbuatda seçkilərin qərəzsiz işıqlandırması və mətbuata çıxış imkanlarını təmin etmək üçün iş aparırıq”-deyə o bildirib.

Erik Rubin Ermənistanda mətbuat azadlığı məsələsinə toxunub və deyib ki, ABŞ vəziyyətin düzəlməsini arzu etdiyi sahələri göstərib və bunu etməyə davam edəcək. O, ölkədə elektron medianın inkişaf etdiyini və burada ənənəvi kütləvi mətbuat vasitələri ilə müqayisədə fərqli fikirlərə daha çox yer verildiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi

Erik Rubin seçkilərin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsirlərilə bağlı sualı cavablandırıraq deyib ki, ABŞ prosesin davam etdirilməsinə sadiq qalır.

“Bu, uzun bir proses olub. Burada hələ inkişafa nail ola bilməmişik. İnanırıq ki, ayrı-ayrı inkişaflar prosesin yolundan çıxmasına imkan verməməlidir. Prezident Sarkisyan və onun hökimətinin prosesə sadiq qalması ilə bağlı ictimaiyyətə açıqlanan bəyanatlar bizi ruhlandırır. Bunu müsbət hal kimi qiymətləndiririk. Ayrı-ayrı inkişafların tərəflərin görüşüb danışıqlar apardığı prosesi ləngitməsinə və ya onu dayandımasına yol verə bilmərik. ATƏT-in Minsk qrupunda həmsdər ölkə kimi hökumətimizdə ən yüksək səviyyələrdən başlayaraq bu prosesə dəstək verəcəyik”-deyə Erik Rubin bildirib.

Tükriyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səylərlə bağlı sualı cavablandıran Erik Rubin ABŞ-ın iki ölkə arasında müzakirələrə əvvəlcədən dəstək verdiyini deyib.

“Biz inanırıq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına xidmət edir. Bu, hansısa bir ölkəyə daha çox üstünlük verilməsi demək deyil. Sərhədlərin açılması, münasibətlərin normallaşması, ticarət əlaqələrinin yaradılması, insanlar arasında əlaqələrin qurulması, bunlar hamısı hər iki ölkənin maraqlarındadır. Ermənistan hökumətinin bu işə sadiq qaldığını və prosesdə inkişafın əldə olunmaması, Türkiyə parlamentində protokolların ratifikasiya olunmaması ilə bağlı narazılığın mövcud olduğu bilirik. Biz hesab edirik ki, protokollar ratifikasiya edilməlidir. Çərçivə razılaşmasının hüquqi əsasları olması ilə yanaşı, həm də müsbət xarakteri və hər iki ölkənin maraqlarına xidmət etdiyini düşünürük. Bu haqda həm Ermənistan, həm də Türkiyə rəsmilərinə demişik. Buna davam edəcəyik. Protokolların ratifikasiyasından öncə sərhədlərin açılması və digər konkret addımların atılmasında inkişaf əldə etmək üçün tərəflər arasında birbaşa kontakların qurulması imkanına inanırıq”deyə Erik Rubin Amerikanın səsinə bildirib.

XS
SM
MD
LG