Accessibility links

Minsk qrupunun həmsədləri Ermənistan xarici işlər naziri ilə görüşüb


ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke, Jak Far və İqor Popov, habelə ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Andjey Kasprşik Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüş zamanı tərəflərin Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu il yanvarın 23-də Soçidə birgə bəyanatında əks etdirilmiş razılaşmanın reallaşdırılması, əsas etibarilə də təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini müzakirə etdiyi bildirilir.

Regionda səfərdə olan həmsədrlərin Dağlıq Qarabağa nəzərdə tutulan səfərinin hava şəraiti ilə əlaqədr təxirə salındığı haqda məlumat verilir.

Minsk qrupunun həmsədrləri mayın 13-də Bakıya səfər edəcək. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

XS
SM
MD
LG