Keçmiş rektor dövlət qurumlarının rəsmi şəxslərini adam oğurluğunda ittiham edir. Rəsmi strukturlar hələ Abdullayevin ittihamlarına cavab verməyib
Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşı Səftər Kələntərov ilə bağlı yaydığı videodakı bəzi təfərrüatları diqqətə çatdırıb.
O bildirib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun əməkdaşlarının son video görüntüləri bir daha göstərir ki, ölüm eskadronun üzvləri - Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edir.
“Məlumdur ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və general Vaqif Axundovun icazəsi olmadan XDMX-nin əməkdaşları heç vaxt mənim yanıma gələ bilməzlər. Onlar özlərini də aşağıdakı kimi təqdim ediblər, mən də hesab edirəm ki, həqiqət belədir:
1. Səftər Kələntərov - XDMX-nin işçisi, əvvəllər MTN əməkdaşı olub. Mənimlə dəfələrlə hərbi formada görüşüb. Naxçıvanın Nehrəm kəndindədir.
2. Natiq - XDMX-nin əməkdaşı, əvvəllər Namiq Abbasovun (sabiq milli təhlükəsizlik naziri) köməkçisi olub. Göyçaylıdır.
3. Sahib - “Kəkilli Sahib” kimi tanınır. MTN-in 7-ci idarəsinin əməkdaşı. Cəlilabadlı.
4. Yasir - Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşı, mayor, adam oğurluğunda pul işlərinə baxır. Naxçıvanlı.
5. Şahin - “Şahin Cəllabadski” kimi tanınır, dövlətin “vor zakonu”, “killer”. Cəlilabad şəhər mərkəzində yerləşən orta məktəblə üzbəüz yaşayır.
Bu şəxslərin hamısı qanunsuz silah gəzdirir. Bandanın hazırda həbsdə yatan Arzu Kazımovla əlaqəsi var. Eyni vaxtda bir neçə dəfə mənimlə Mahirin telefon danışıqlarını təşkil ediblər. Bu danışıqlardan sonra mən rəsmi olaraq daxili işlər naziri Ramil Usubova və müavini general Zahid Dünyamalıyevə müraciət etmişəm. Bundan sonra banda üzvləri uzun müddət yoxa çıxdılar. Onları gördüm deyən olmadı", - o qeyd edib.
Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Respublika Prokurorluğuna müraciət etməyimizi məsləhət bilib. “İstintaq işini Respublika Prokurorluğu aparır”, o qeyd edib.
Respublika Prokurorluğunun mətbuat xidməti isə hələlik bu məsələyə hər hansı münasibət bildirməyib.
Xatırladaq ki, Elşad Abdullayev qardaşı Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin oğurlanması və rüşvət faktları əks olunmuş çoxsaylı videolar yayıb. Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. Elşad Abdullayev rəsmi qurumlardan fərqli olaraq qardaşının qaytarılması məqsədi ilə dövlət məmurları, hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, qeyri-rəsmi şəxslərlə görüşlər keçirib.
O, qardaşının qaytarılması üçün müxtəlif adamlara müxtəlif böyük məbləğlərdə pul verib və ya təklif edib. Halbuki Mahir Abdullayevin oğurlanması ilə bağlı prokurorluq orqanları cinayət işi qaldırmışdı.
Elşad Abdullayevin ölkə prezidentinə müraciətindən sonra Baş Prokurorluqda müstəqil istintaq komissiyası yaradılıb. Buna baxmayaraq, Elşad Abdullayev vəzifəli şəxslərin, o cümlədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istintaqın gedişinə mane olduğunu bildirib. İstintaqa ictimai inam da azdır.
Öz növbəsində müstəqil hüquqşünas Müzəffər Baxışov hesab edir ki, Baş Prokurorluqda M.Abdullayevin qətlə yetirildiyi ilə bağlı yetərli qədər sübut var: “Fikrimcə, Mahir Abdullayevin işi açıq işdir. Onlar bilirlər ki, bu qətli kim törədib. İstintaq bunu dəqiq bilir. Sadəcə, bu cinayəti törədən şəxslərlə bağlı mövcud siyasi hakimiyyət üçün böyük təhlükələr var. Bu təhlükələr təkcə indi yox, 2005-ci ildə Hacı Məmmədovun törətdiyi cinayətlər üzə çıxanda var idi. Hakimiyyət bilir ki, bu işlərin istintaqı dərin getsə, onlar üçün ciddi təhlükələr yaranacaq. Siyasi hakimiyyət bir qayda olaraq belə cinayətləri müəyyən bir mərhələyə gətirib çatdırır, həmin mərhələdə də nöqtə qoyulur və iş məhkəməyə göndərilir”.
Onun fikrincə, Mahir Abdullayevin işi üzrə də istintaqda böyük ehtimalla dəqiq sübutlar var. “Sadəcə olaraq bu cinayəti törədən şəxslərin barəsində ictimaiyyətə məlumat vermirlər. Bunun da səbəbi odur ki, cinayəti yüksək vəzifəli şəxslər törədiblər. Bu açılsa, siyasi hakimiyyət öz-özünə çökəcək".