Accessibility links

Elşad Abdullayevin bir saatlıq yeni videosu (video)


UN humanitarian coordinator for South Sudan Toby Lanzer tells the donor conference for South Sudan that there are 80 checkpoints between Juba and Bentiu.
UN humanitarian coordinator for South Sudan Toby Lanzer tells the donor conference for South Sudan that there are 80 checkpoints between Juba and Bentiu.

Videoda sabiq rektorun Milli Təhlükəsizlik Nazirliyinin mayoru olmuş oğurlanmış qardaşı Mahir Abdullayev, bandit qruplaşmaları, dövlət rəsmiləri, rüşvət faktlarından bəhs edilir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin sosial şəbəkələrdə yeni videosu yayılıb. Video “Azadlıq” qəzetinin loqosu ilə yayılıb.

Videoda sabiq rektorun Rövşanə adlı qadınla oğurlanmış qardaşı Mahir Abdullayevin qaytarılması ilə bağlı söhbəti, Rövşanə xanımın telefon danışıqları, Hacı Məmmədov, insan oğurluğu, bandit qruplaşmaları, biznesmen Arzu Kazimov, onun oğlu Zaur Kazımov, daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyev və başqaları ilə bağlı geniş məlumatlar əksini tapıb.

Videoda həmçinin Beynəlxalq Universitetin onun əlindən alınmasına cəhd, evinin alınması ilə bağlı söhbət də var.

Elşad Abdullayev əvvəlki müraciətlərində və videolarında bu qadından bəhs edib. Onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçıdır.

Qarşı tərəf bir qayda olaraq Elşad Abdullayevin videolarının reallığı əks etdirmədiyini bildirir, böhtan hesab edir. Rövşanə xanım da Abdullayevin videolarına münasibət bildirib. Onun fikrincə, videolar montaj edilir.

Ümumilikdə bir saatdan çox çəkən videonu təqdim edirik.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG