Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik. Elşad Abdullayevin iştirakı ilə canlı keçirilmiş forumu olduğu kimi sizə təqdim edirik.
21:00 / 17 yanvar 2013
Salam əziz Sərbəst Kürsü oxucuları...
Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsüdə sizin suallarınızı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev cavablandırır.
21:02
Emil Quliyev [moderator]: Elşad müəllim, sizi Sərbəst Kürsüdə xoş gördük.
21:05
Elşad Abdullayev: Təşəkkür edirəm, ümid edirəm ki, sizin radionuzun kürsüsündə özümü daha sərbəst hiss edəcəm.
21:08
EQ: Elşad müəllim qısaca olaraq xatırladım ki, mən daxil olan bütün sualları sizə ünvanlamalıyam, sizin istədiyiniz sualı cavablandırmamaq hüququnuz var.
İlk sual Elmir adlı daimi ocumuzdan daxil olub:
- Elşad müəllim salam. Belə bir fikir var ki, ən önəmli videoları axıra saxlayırsınız, yəni prezident seçkilərinə az qalmış yayacaqsınız?
21:13
Cavab: Sualınıza görə təşəkkürlər. Maraqlı sualdı, belə bir sualın olması, əslində bizim atdığımız addımların cəmiyyətdə nə qədər ictimai maraq doğurduğunu göstərir. İndidən bu suala qəti cavab vermək istəmirəm.
Biz bu addımları ona görə atırıq ki, qardaşım, MTN zabiti Mahir Abdullayevin oğurlanmasının 10-cu ilidir. Bu müddətdə 4 oktyabr 2012-ci ildə prezident İlham Əliyevin sərəncamıyla müstəqil istintaq komissiyası yaradılıb. Buna qədər bu cinayət işinə 12 müstəntiq baxıb, araşdırıb, istintaqını aparıb, ancaq zərərçəkmişi işdən yayındırmaqdan başqa addımlar atılmayıb, hər 12 istintaq qərəzli aparılıb və bütün müstəntiqlərin işi Azərbaycanda mütəşəkkil cinayətkar təşkilatı gizlətmək olub. Eyni zamanda da zərərçəkmişi bu dövrdə susdurmağa və cinayət işini bağlama fəaliyyəti içində olublar.
21:15
Sual [Hikmət]: Elşad bəy hər vaxtınız xeyir. Sizə iki sualım var.
1. Səmimi cavab vermənizi rica edirəm. 1-ci ABU ilə bağlıdır. Minlərlə insan orada rüşvətlə universitetə düzəlmə, imtahanlardan keçmək sisteminin olduğunu deyir və bunu heç kim təkzib etmir, siz necə təkzib edirsiniz mi?
2. Ramiz Mehdiyevin istefasını tələb edirsiniz, amma prezidentin yox, sizcə prezidentin ölkədə formalaşmış sistemdən xəbəri yoxdur, yoxsa siz kobud desək ayaq yeri qoyursunuz?
21:30
Cavab: 1. Hamı bilməlidir ki, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması, başqa səbəblərə görə yox, məhz mənim susdurulmağıma yönəldilmiş bir addımdır. Mahir Abdullayevin oğurlanma faktını ört-basdır etmək üçündü və onların son təklifi mənim ya universiteti, ya da qardaşımın cinayət işini seçmə təklifi olmuşdu. Mən bu iki seçimdən birini etməliydim. Mən qardaşımın tapılmasını və bu cinayəti edənlərin cəzalandırılmas
2. İlk olaraq bildirim ki, Ramiz Mehdiyevin istefa tələbi hüquqi tələbdi. Cinayət prosessual qanunvericiliyi
21:32
Sual [Elşad]: Merhaba Elşad bəy (biz adaşıq) sizlərə öz hörmət və ehtiramımı bildirirəm. Əvvəllər nə yapdığınız məni ilgiləndirməz. Sizlərin indi bu murdar rejimə qarşı apardığınız mücadiləni isə tam olaraq dəstəkləyirəm. Elşad bəy, bu mücadiləni sona qədər aparmaq əzmində olduğunuza inanmaq istərdim. Sizlərə can sağlığı, ən əsası isə zəfər (həm də tum Azerbaycan xalqina) arzulari ile adaşınız!
21:36
Cavab: Mən də hörmətli adaşıma təşəkkür edirəm. Baxmayaraq ki, məni susdurmağa yönəlik əleyhimdə çoxsaylı saxta cinayət işləri açıblar, mən bu işi axıra çatdıracam və qətiyyən geri çəkilmə fikrim yoxdu. Dünənə qədər mən bu işdə tək idimsə, bu gün bütün Azərbaycan xalqının ictimai dəstəyini öz arxamda hiss edirəm. Bizə dəstək duran hər kəsə, gənclərə, siyasi pariyalara, QHT-lərə, mətbuata, media nümayəndələrinə öz təşəkkürümü bildirirəm.
21:37
Sual [Ruslan]: Elşad müəllim salam. Son vaxtlar hakimiyyətin şəxsən Ramiz Mehdiyevin tabeciliyinde olan metbuat orqanlari cox calışır sizin videoları gündəmdən çıxartsın. Amma millət bezib artıq, xalqda düşmənimin düşməni mənim dostumdur fikri formalaşıb. Biz bilirik sizdə çox ifşaedici videolar var, amma bilin bunlar bütün gücləri ile sizi susdurmaq isteyirler. Yaxşı olardı ki, yaxın günlərdə sizdə olan o dəhşətli videolardan 20 yanvara kimi birindən 10-15 dəqiqəlik fraqment göndərəsiniz bu millete. Ramiz Mehdiyevin qızının, yeznəsinin, oğlunun aile haqqında danişdığı o iyrənc açıqlamaları bu xalqa çatdırın, millət bilsin ki, bunlar kimdirler. SIZ INANIRSINIZMI KI, PREZİDENTİN NƏZARƏTINDƏ OLAN HANSISA BIR CINAYET IŞI ACILACAQ? EGER INANIRSINIZSA COX YANILIRSINIZ. TANRI SIZI QORUSUN
21:55
Cavab: Ruslan bəyə suala görə təşəkkür edirəm. Sizin sualınız mənə dünən Azadlıq qəzetində çıxan, müəllifi mənimlə yanaşı iki dəyərli hüquqşünasın olduğu Ölüm Eskadronu (Azərbaycanda 4-cü idarə) məqaləsini xatırlatdı. Biz orada bir sıra məqamlara toxunmuşuq və bu cinayət işinin başqa ölkələrdəki bənzər proseslərlə analoji müqayisəsini aparmışıq. Bu məqaləni sizə və digər oxuculara oxumağı tövsiyyə edirəm, mən inanıram ki, siz sualınızın daha ətraflı cavabını həmin məqalədə tapacaqsınız. Həmçinin Ramin Nağıyevin Hacı Məmmədovun həbsxanadan göndərdiyi məktub əsasında prezident İlham Əliyevə 2004-cü ildə sui-qəsd planıyla bağlı müsahibəsinə diqqət yetirmənizi xahiş edirəm. Həmin sui-qəsd planındakı sehrli əl də məhz Ramiz Mehdiyevdir. Son olaraq demək istəyirəm ki, Ramiz Mehdiyev öz mətbuat orqanlarıyla həqiqəti gizlətməyə, xalqı çaşdırmağa çalışsa da buna nail ola bilməyəcək. Təcrübə onu göstərir ki, ölüm eskadronunun təşkilatçıları, vəzifəsindən asılı olmayaraq gec-tez cinayət məsuliyyətinə cəlb olunurlar.
21:57
Sual [Yaşar]: Elşad bəy,salam.
Sualim belədir: Əgər istintaq sizin qardaşınızla bağlı işə ciddi yanaşıb cinayətin üstünü açsa, qardaşınız haqda dəqiq məlumat versə və cinayətkarları cəzalandırsa (hansi ki, Azərbaycan reallığında bu inanılası deyil), bu o deməkdir ki, siz sizdə olan əlavə videoları və səs yazılarını donduracaqsınız ?? Yoxsa istintaqın gedişindən və nəticəsindən asılı olmayaraq yenə də ictimaiyyətə yayacaqsınız hamısını???
22:03
Cavab: Videoların yayılması həm də Müstəqil İstintaq Komissiyasının fəaliyyətindən asılıdır, əgər istintaq düzgün, qərəzsiz, qanuni və şəffaf şəkildə gedərsə bu onu göstərəcək ki, dövlət həqiqətən də bu cinayət işinin açılmasında maraqlıdı. Lakin sizin də qeyd etdiyiniz kimi Azərbaycancan reallığı tam başqadı və 9 ildi biz bu reallıqda öz mübarizəmizi aparırıq. Mənim üçün qardaşımın tapılması və onu oğurlayanların, bu cinayəti törədənlərin, həmçinin bu cinayətinin sifarişçilərini
22:04
Sual [Ruslan]: Salam Elşad müəllim. Nə vaxtsa Bakıya gəlmək fikriniz varmı?
22:10
Cavab: Əlbəttə fikrim var. Hər bir insan öz vətənində yaşamağı data üstün tutmalıdı. Mən bir azərbaycanlı olaraq öz ölkəmi sevirəm, fəxr edirəm ki, azərbaycanlıyam
22:11
Emil Quliyev [moderator]: Elşad Abdullayev Qara Qalxan adlı istifadəçinin sualını cavab vermək istəmir. Növbəti sualı Azər adlı oxucumuz göndərib:
- Elşad müəllim, Siz Azərbaycanda ölüm eskadronların mövcudluğunu ilk dəfə olaraq dediniz. Bu barədə yazınızın ardı bu gün çıxmalı idi, amma çıxmadı. Nə vaxt çıxacaq? Sizcə Azərbaycanda ölüm eskaronların başında kim dayanır? Bu insalar nə vaxtsa ifşa olunacaqmı?
22:17
Elşad Abdullayev: Hacı Məmmədov ölüm eskadronunda icraçı kiçik bir fiqur idi. O eskadronun adını osminok qoymuşdu, lakin bu sözün həqiqi mənasında ölüm eskadronudu. Yəni bu mütəşəkkil cinayətkar dəstəyə veriləcək hüquqi qiymət və qoyulacaq kriminoloji hüquqi ad məhz budur. Hesab edirəm ki, Ramiz Mehdiyev bu eskadronun sehrli əlidir.
22:19
Sual [Elnur]: Salam. Elşad bəy istintaqın gedişatından asılı olmayaraq videoların hamısını yayacaqsınızmı?
22:29
Cavab: 400-dən çox videodu və bu videoların hamısını birdən vermək mümkün deyil, həmçinin fiziki olaraq qısa zamanda hamısına baxıb təhlil etmək də çox çətindi. Biz çalışırıq ki, videoları doğru zamanda və proseslərin gedişinə uyğun olaraq yayınlayaq. Bu günə qədər yayılan videoların bəziləri videodakə şəxslərin müstəqil istintaq komissiyasına verdikləri yanlış ifadələrə görə, başqa dillə desək video görüntülərdəki öz danışıqlarını təkzib etmələrinə görə olmuşdur.
22:31
Sual [Amelya Serbina]: Ən ifşaedici video varmı, varsa haçan yayımlanacaq?
22:42
Cavab: Bizim yayınladığımız videolar həqiqəti ortaya çıxarma xarakteri daşıyır. Siz video görüntülərdə olan və həqiqəti danışan iki şəxsin (Rövşən Abbasquliyev – DİN 7-ci idarənin polkovniki, Hacı Ağababa Ağayev – həmin dövrdə Nərimanov rayon məhkəməsinin sədri) işdən çıxarıldığının, birinin isə (Sevinc Babayeva) öldürüldüyündən xəbərdarsınız. Burdan ortaya çıxır ki, videogörüntülər
22:43
Sual [Rufət]: Türkiyə polisi mərhum Sevinc Babayevanın gizli polis olması ehtimalını araşdırır. Siz də demisiniz ki, MTN dördüncü idarə var. Sevinc Babayeva bu idarənin üzvü ola bilərmi? Əgər üzvü olubsa, bəs görən nə üçün öldürüblər?
22:47
Cavab: Sevinc Babayevanın öldürülməsinin əsas məqsədi əhəmmiyyətli bir şahidin götürülməsidir və bir cinayətin üstünü örtmə cəhdləri kimi dəyərləndirmək lazımdır. Sevinc Babayeva günahsız olduğu bir prosesdə arxasını döndüyü və arxayın olduğu şəxslər tərəfindən aradan götürülmüşdür. Sevinc Babayevanın oğlu Ayxanın dedikləri həqiqətdir və onun verdiyi ifadələr ciddi şəkildə araşdırılmalıdır.
22:48
Sual [Nizami]: Elşad m. əminsiniz ki nəyəsə nail olacaqsınız? yoxsa ümid ancaq Avropa Mehkemesinedi?
22:55
Cavab: Deputatlıq prosesində mənim deputat seçilməklə bağlı bir məqsədim olub, o da qardaşımı geri qaytarmaq olub. Mən deputat seçilsəydim Milli Məclisdə bu cinayəti data açıq şəkildə dilə gətirə biləcəkdim, toxunulmaz hüququ qazanacağım üçün onlar mənim fəaliyyətimin qabağını almaqda çətinlik çəkəcəkdilər və həmçinin bu cinayəti səsləndirmək üçün siyasi tribuna əldə edəcəkdim. Gülər Əhmədova da mənə demişdi ki, deputat seçiləndən sonra qardaşımı qaytaracaqlar, bu işə girməyimin əsas məqsədi də məhz bu club.
22:56
- Azərbaycanda 4-cü idarə var?
22:58
22:59
EQ: Elşad müəllim vaxtınızı ayırıb, iki saat ərzində oxucularımızın suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımızı bildiririk.
Elşad Abdullayev: Emil Tapdıqoğu mən də moderatorluğa görə sizə təşəkkür edirəm.
23:00