Azərbaycan xarici işlər naziri “Şərq Tərəfdaşlığı” və Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin 4-cü iclasında iştirak edib.
İyulun 22-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin və Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin 4-cü iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasa Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle sədrlik edib.
İclasda həmçinin Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.
E.Məmmədyarov Aİ-Azərbaycan dialoqunun gələcək perspektivləri, Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqi haqqında danışıb.
O, həmçinin qeyd edib ki, Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlar, demək olar ki, tamamlanıb. O, Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.
Nazir Cənub Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində müstəsna rol oynayacağını və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağını qeyd edib.
Məmmədyarov Aİ ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini qeyd edib, bu sahədə Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını təklif edib.