Türkiyə xarici işlə naziri Misirdə baş verənlərdən və Dağlıq Qarabağ münaqişəsindən danışıb
“Misirdə baş verən son hadisələr zamanı yüzlərlə insanın ölməsi, minlərlə insanın xəsarət alması heç bir demokratiyaya xidmət etmir”.
APA agentliyinin məlumatına görə, bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Qəbələdə keçirilən toplantısında Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu deyib.
O, Misirdə baş verən proseslərinin miqyasının böyüməməsi üçün beynəlxalq ictimaiyyətin birgə səy göstərməsinin vacibliyini vurğulayıb:
“Qərbin bu hadisələrə münasibəti, mövqeyi bizim üçün maraqlı olacaq. Misir Türkiyə üçün dost və qardaş bir ölkədir. Biz orada baş verən hadisələrdən çox üzüldük. Baş verən hadisələrlə əlaqədar müxalifətlə görüşlərimiz olur. Əsas məqsədimiz Misiri normal ölkəyə çevirməkdir. Danışıqların və edilən tövsiyələrin bir nəticə verəcəyinə əminik”, o qeyd edib.
Trend agentliyinin məlumatına görə isə nazir Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında Türkiyənin Yaxın Şərqdə sabitliyin təmin olunmasına öz töhfəsini verməyə hazır olduğnu bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, dünyadakı siyasi proseslər baxımından Yaxın Şərq regionu xüsusi əhəmiyyət daşıyır. Ona görə də bu regionda sabitlik təmin olunmadan bütün dünyada tam əmin-amanlığa nail olmaq olmaz.
Davudoğlu, həmçinin bildirib ki, keçmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan nümayişçilərə qarşı tətbiq edilən zorakılıq yolverilməzdir və dünya birliyi Misirdəki qanlı hadisələrin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Türkiyə xarici işlə naziri Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır.
APA agentliyinin xəbərinə görə, Davudoğlu deyib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin təmin olunmasını əngəlləyən maneədir:
“Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığı təmin etmək çətin olacaq”.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək:
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Bu, çox üzücü faktdır”, o bildirib.